GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Barselona terrorunun pərdəarxası - ekspertdən SOS

Barselona terrorunun pərdəarxası - ekspertdən SOS

Tarix: 19-08-2017, 11:00 Bölmə :Dünya Baxış: 365
Barselona terrorunun pərdəarxası - ekspertdən SOS


İŞİD-in Avropada qan tökməsi terror təşkilatının yeni hücumlar planlaşdırdığını göstərir; İlham İsmayıl: “İmkan tapsalar, Azərbaycanda da nəsə etmək istəyərlər”


Avqustun 17-də axşam saatlarında İspaniyanın Barselona şəhərində törədilən terror aktı dünyanı hərəkətə gətirdi. Dəhşətli faciədə 13 insan həyatını itirdi, 100-dən çoxu da yaralandı. İŞİD terror təşkilatı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edək ki, yaralıların çox olması itkilərin sayının artacağı ehtimallarını artırır. Kataloniyanın daxili işlər naziri Jaoquim Çiariello açıqlama verərək, yaralıların vəziyyətinin ağır olduğunu, ölü sayının arata biləcəyini ifadə edib. Terrorçu saatda 80 km sürətlə sürdüyü mikroavtobusu çox adam ölsün deyə izdihamın üzərinə ziq-zaq xətt cızaraq sürüb. İspaniya rəsmiləri mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırıblar. Mətbuat konfransında hadisə ilə bağlı iki terrorçunun həbs olunduğu qeyd edilib. Terrorçulardan birinin Mərakeş əsilli Driss Oukabir olduğu bildirilib. O, terror aktında istifadə etdiyi mikroavtobusu kirayələyibmiş.

Bu terrorun acıları aradan qaldırılmamış saatlar sonra İspaniyanın Alkanar şəhərində sutka ərzində iki partlayış baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, birinci partlayış narkotik vasitələrinin istehsalı laboratoriyasında baş verib. Nəticədə bir nəfər ölüb, 7 nəfər yaralanıb. İkinci partlayış nəticəsində bir neçə nəfər yaralanıb. Onların arasında polis əməkdaşlarının olduğu bildirilir. Bir nəfərin vəziyyəti kritikdir. Təfərrüatlar açıqlanmır. Kataloniya polisinin rəisi Xosep Luis Trapero Alkanardakı partlayışların Barselonadakı partlayışlarla əlaqəli olduğunu istisna etməyib. Terror aktı ilə bağlı iş üzrə şübhəli şəxslərdən biri məhz Alkanarda həbs edilib.

“Barselonada törədilmiş terror hücumlarında həlak olan və yaralananlar arasında bu vaxta qədər Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb”

Musavat.com-un xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, bu barədə Azərbaycanın İspaniyadakı səfirliyindən məlumat verilib: “Səfirliyimiz İspaniyanın müvafiq qurumları ilə təmasları davam etdirir. Terror hadisəsinin qurbanı olan bir neçə şəxs var ki, hələ onların şəxsiyyəti müəyyən olunmayıb. Əlavə məlumat olduğu təqdirdə, KİV-ə və ictimaiyyətə xəbər veriləcək”.

Faciə ilə bağlı prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib.

İspaniyanın turizm bölgəsində baş verən dəhşətli hadisənin təsadüf olmadığı vurğulanır. Şübhəsiz ki, terror aktı turistlərin bu bölgəyə axınının qarşısını alacaq. Bu da İspaniya iqtisadiyyatına ciddi zərbə vuracaq. Ekspertlər ardıcıl olaraq, Avropanın iri şəhərlərinin İŞİD-ın hədəfinə çevrilməsini son zamanlar terror təşkilatına qarşı aparılan mübarizə ilə əlaqələndirirlər.

Təhlükəsizlik üzrə ekspert, sabiq MTN polkovniki İlham İsmayıl hesab edir ki, hazırda kiçik deyil, böyük dövlətlər terrorun hədəfinə çevriliblər: “Terror siyasətə qarşıdır. Düzdür, İspaniya Almaniya, İngiltərə, Fransa, Amerika kimi dövlətlərə müqayisədə terrorizmə qarşı mübarizədə bir o qədər də önəmli rol oynamır. Hər hansı bir çağırışlarla da çıxış etmir. Amma bir şeyi nəzərə almaq lazımdır ki, İspaniyanın özündə millətçilərin özünün terror təşkilatı var. ETO adlanan bu təşkilat zaman-zaman üzə çıxıb. İspaniya doğrudur terrora qarşı mübarizə aparır, lakin öz ölkəsi daxilində. Beynəlxalq səviyyədə konvensiyaya qoşulub və bunun əsasında çıxış edir. Sadəcə İŞİD turizmin qaynadığı bir vaxtda əsas turizm məkanlarından biri hesab olunan Barselonada imkan tapıblar və buna görə də faciəni orada törədiblər. Əmin olun ki, səhəri gün imkan tapsalar, Azərbaycanda da etmək istəyərlər. Baxmayaraq ki, Azərbaycan dünya siyasətinə təsir edən dövlətlərdən deyil, dünya siyasətini də müəyyənləşdirən ölkələr sırasında yer almır. Amma mənim bildiyimə görə, onların buradakı tərəfdaşlarına belə bir tapşırıqlar olub ki, silahlar, partlayıcı maddələr əldə edə bilmirsinizsə, heç nə olmasa maşın götürüb insanların üzərinə sürün. Digər ölkələrdə olan tərəfdarlarına da bu cür tapşırıqlar veriblər. Səhəri gün terror Mərkəzi Avropanın kiçik dövlətlərinin birində də baş versə, bu o deməkdir ki, İŞİD bütövlükdə Avropanı hədəf götürür, bu cür hadisələr törətməklə dövlətlərin siyasətinə təsir etmək istəyirlər ki, İŞİD-dan əl çəksinlər. Əslində İŞİD-ın sonunu gətirmək üçün daha qətiyyətli addımlar atmaq lazımdır. Sadəcə bu məsələdə hələ də Bəşər Əsəd kimi mane olan qüvvə var. Onun nə zaman hakimiyyətdən gedib-getməyəcəyi məsələsi İŞİD-ın o vaxta qədər qalacağının təsdiqidir”.

Təhlükəsizlik eksperti terrorçuların daha çox avtomobillərdən istifadə edərək, bu cür hadisələr törətmələrinə də aydınlıq gətirdi: “Terrorda istifadə edilən ənənəvi üsullar əhəmiyyətini heç də itirməyib. Sadəcə bu metodlardan az istifadə olunur. Maşın götürüb insanların üzərinə sürmək çox asandır. Maşına böyük partlayıcı maddələr də yerləşdirmək asan olur. Biri var 10 nəfər öldürəsən, biri də var ki, maşını kütlənin üzərinə sürüb, daha çox insanın həyatına bais olasan. Köhnə üsullardan Avropada istifadə etmək o qədər də asan deyil. Avtomobillərdən istifadə etməklə terror hadisələri törətmək üsulu ilk dəfə Fransadan başladı. Sonradan Almaniya və İsrailə də keçdi. Partlayıcı maddələrin Avropaya keçirilməsi çox çətindir. Diqqət yetirin, Fransada terror törətmək üçün yük maşını götürülmüşdü, amma Barselonada bu olmadı, çünki şəhərin küçələri darısqaldır, şəhərə yük maşınları buraxılmır. Ona görə mikromaşından istifadə olundu. Terrorçuya yuxarıdan gələn tapşırıq belə olur, ”necə edirsən et özünü göstərməlisən". İŞİD-ın ənənəvi metodlardan geri çəkilib, yeni metodlardan istifadəyə üstünlük verməsi zəiflik deyil. Yeri gələndə bu üsul effekt verir. Fransada 80-a yaxın insan öldürüldü, Barselonada da 13 nəfər həyatını itirdi".

İ.İsmayıl Kataloniyanın müstəqilliyə gedən yolunda bu faciənin nə dərəcədə mane olacağı ilə bağlı suallara da münasibət bildirdi: “Bu fərqli mübarizədir. Orada fəaliyyət göstərən ETO təşkilatı Kataloniyanın müstəqilliyini tələb edir. Qanunverici yollarla məqsədlərinə də çox yaxınlaşıblar. Amma bu məsələ İŞİD-la bağlı olduğuna görə Kataloniya millətçiləri ilə İspaniya hökuməti arasında hansısa bir toqquşmaya səbəb ola bilməz. Həmçinin Kataloniyanın müstəqilliyə gedən yolunda da bu terrorun maneçiliyi olmaz. Əksinə Kataloniyanın müstəqillik yolundan bir az geri çəkilməsi indiki halda daha məqsədəuyğundur. Terrora qarşı mübarizədə bütöv İspaniya ilə birlikdə mübarizə aparmaq lazımdır. Səhəri gün Kataloniya strukturları yaradıb ortaya qoyana qədər çox hədəf olar. Ona görə düşünəcəklər ki, gələcəkdə daha çox hədəflərə tuş gələ bilərlər”./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İŞİD Barselonada terror aktı törətdi: yaralıların sayı 119 nəfərə çatdı

    İŞİD Barselonada terror aktı törətdi: yaralıların ...

    18-08-2017, 10:15

  • 
  • Barselonanın qanlı terrorunu İŞİD üzərinə götürdü - Son dəqiqə

    Barselonanın qanlı terrorunu İŞİD üzərinə götürdü ...

    18-08-2017, 11:20

  • 
  • İstanbulda törədilmiş terror aktına görə məsuliyyəti kürd qruplaşması öz üzərinə götürdü

    İstanbulda törədilmiş terror aktına görə ...

    11-12-2016, 22:05

  • 
  • İstanbulda törədilmiş terror aktına görə məsuliyyəti kürd qruplaşması öz üzərinə götürdü

    İstanbulda törədilmiş terror aktına görə ...

    11-12-2016, 21:57

  • 
  • İstanbulda törədilmiş terror aktına görə məsuliyyəti kürd qruplaşması öz üzərinə götürdü

    İstanbulda törədilmiş terror aktına görə ...

    12-12-2016, 20:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (382)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu