Cənubi Afrika Resublikasının prezidenti Ceykob Zuma ali təhsil nazirinin müavini Mduduzi Manananı işdən azad edib.
Buna səbəb avqustun əvvəllərində nazir müavininin Yohannesburq barlarından birinə qadını döyməsidir. Bu insidentin səbəbi açıqlanmır, ancaq social şəbəkələrdə yazırlar ki, qadın nazir müavinini “gey” adlandırıb və bu səbəbdən döyülüb. Nazir müavininin Mandizu Dumu adlı qadını necə döydüyünə dair social şəbəkələrdə videokadrlar yayılıb və bundan sonra qalmaqal başlayıb. İnsidentlə bağlı hakimiyyət orqanları təhqiqat başladıb, ictimai təşkilatlar nazir müavininin işdən çıxarılmasını tələb ediblər.
Bundan sonra 33 yaşlı Manana qadından, onun ailəsindən və bütün xalqdan üzrə istəyib. “Açıq-aşkar təxribata baxmayaraq mən özümü təmkinli aparmalıydım”-o bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?