Latviyanın paytaxtı Riqa şəhərində Stabu küçəsində fəhlələr tunel aşkarlayıblar.
Bu barədə Riqanın meri Nil Uşakov deyib. Onun sözlərinə görə, tunel 1991-ci ilə qədər SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin Latviya idarəsinin yerləşdiyi binaya aparır. Qeyd olunur ki, tunel dar və qurudur. Onun içərisində elektrik işıqlandırma nəzərdə tutulub. Abidələrin qorunması müfəttişliyinin əməkdaşı Yanis Asaris hesab edir ki, bu tunel ekstremal hallarda KQB-nin binasını tərk etmək üçün nəzərdə tutulubmuş. Riqa meri tuneli beton tökərək ləğv etmək göstərişi verib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?