İstanbulda davam edən və Türkiyənin bir çox şəhərlərində keçirilən “Gezi” parkına dəstək aksiyaları zamanı çəkilən bir video Türkiyəni qarışdırıb.
Hazırda “twitter” sosial şəbəkəsində yaradılan “#occupygezi” teqində paylaşılan videoda dinc aksiya iştirakçısını ölümünə döyən hakimiyyətdəki AKP-nin Gənclik Qolları başqanı Fərhat Küpoğlunun cəzlandırılması tələbi ilə kampaniya keçirilir.
Qeyd edək ki, baş nazir R.T.Ərdoğanın müavini bundan öncə “twitter”də Atatürkün dəfn olunduğu “Anıtkabir”i sökəcəkləri ilə bağlı status yazmışdı. Medianın bu məsələni qabartması onun partiyadan istefası ilə nəticələndi. Daha sonra “Gezi” parkına görə aksiyaya çıxan gəncləri ölümünə döyən F. Küpoğlunun bu videosu ölkəni qarışdırdı.
Sorğu
Yeni dizaynımız necədir?