Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İnebolu gənclər təşkilatı sədrinin sosial şəbəkədə yazdıqları ona baha başa gəlib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, "Twitter"dən etdiyi açıqlamadan sonra istefa verib. Məlumata görə, o, Taksimdəki "Gezi parkı" hadisələri ilə bağlı aksiya iştirakçılarına etiraz edib. Onun “Taksim "Gezi Parkı"ndan sonra Anıtkabiri də dağıdarıq əlhəmdülillah" açıqlaması ictimaiyyətin böyük narazılığına səbəb olub. Bu reaksiyalardan sonra Küpoğlu istefa etdiyini açıqlayıb. Bundan sonra AKP rayon rəhbərliyi açıqlama yayaraq Fərhad Küpoğlunun bu sözlərinin ölkədə baş verən hadisələrə verdiyi talehsiz bir cavab olduğunu deyib. "Qaldı ki, partiyamız Türkiyə Cümhuriyyətinin qurucusu ulu öndər Mustafa Kamal Atatürkün göstərmiş olduğu prinsiplər əsasında yoluna davam etməkdədir. O, partiyanın toplantısında istefasını təqdim edib".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?