İran Təhsil Nazirliyi müəllimlərlə bağlı yeni meyarlar təyin edib.
Təhsil Nazirliyinin bu bəyanatı “Fars” xəbər agentliyində dərc olunub. Bəyənata əsasən, İran Təhsil Nazirliyinin yeni qanunlarına əsasən, türk (Azərbaycan) ləhcəsində danışan, bir sıra xəstəliklərdən əziyyət çəkən şəxslər müəllim ola bilməyəcək.
Bəyanatda ləhcəsi olan insanlar əsəb və psixoloji xəstəliyi olan şəxslər kimi qələmə verilib:
“Danışma pozğunluğu və kəkələmə problemi olanların psixoloji və ya nevroloji səbəbi olarsa, Təhsil Nazirliyinə, xüsusi ilə də müəllim peşəsinə işə götürülməyəcək, lakin idarə işlərində çalışa bilər. Dəyişməsi mümkünsüz və qəliz ləhcəsi olan, ç, g, j, q və s. kimi fars hərfləri düzgün tələffüz edə bilməyənlərin ibtidai məktəblərdə müəllim olması və fars ədəbiyyatı dərsliyini tədris etməsi qadağandır”.
Soydaşlarımız bu məsələni sosial şəbəkələrdə müzakirə edərək nazirliyin yeni qərarına kəskin etiraz ediblər.
Azərbaycanlı millət vəkilləri hələlik mövzuya münasibət bildirməyiblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?