Myanmada ordu Arakanda üç min müsəlmanı qətlə yetirib.
gundemxeber.az modern.az-a istinadən xəbər verir ki, Avropa Rohinya Şurasının (ERC) sözçüsü doktor Anita Schuq Myanmanın Arakan ştatında son 3 gündə ordu tərəfindən 2 rayonda 3 min müsəlmanın qətlə yetirildiyini bildirib.
Anita Schuq xarici KİV-lərə verdiyi açıqlamada Myanma ordusunun həyata keçirdiyi qətliamın 2012-ci ildəkindən daha ağır olduğunu bildirib.
"Arakanda son günlərdə müsəlmanlara qarşı Myanma ordusunun törətdiyi qətliam 2012 və keçən ilin oktyabr ayında baş verənlərdən qat-qat pisdir. Vəziyyət heç bu qədər ağır olmayıb. Arakanda yaşanılan bir soyqırımdır. Sadəcə, Arakanın Rathedaunq şəhərinə bağlı Sauqpara kəndində dünən 900-1000 arasında müsəlman öldürülüb. Bu kənddəki qətliam nəticəsində bir oğlan uşağı sağ qalıb. Arakanda 100 mindən çox vətəndaş yurdundan qovulub. Buddistlər müsəlmanların kəndlərini mühasirəyə alıblar. Bu adamlar Myanma hökumətinə məktub yazıb məsum olduqlarını bildirərək, mühasirənin qaldırılmasını və kəndlərdən evakuasiya edilmələrini tələb ediblər. Lakin Myanma hökuməti cavab da verməyib".
Sorğu
Yeni dizaynımız necədir?