32 müsəlmanın öldürüldüyü Assam ştatına ordu yeridilib
Hindistan hakimiyyəti ölkənin şərqində yerləşən Assam ştatına ordu yeridib. Buna səbəb bölgədə 32 müsəlman sakinin qətlə yetirilməsi olub. Polis artıq 20-dən çox şübhəlini saxlayıb. Bodo tayfasına məxsus yaraqlılar həmin müsəlmanları qeyri-qanuni olaraq, qonşu Banqladeşdən Hindistana keçməkdə və onların torpaqlarını zəbt etməkdə ittiham edərək, kütləvi halda güllələyib. Hazırda Assam ştatında komendant saatı tətbiq edilib. Yerli hüquq-mühafizə orqanının məlumatına görə, qətlə yetirilənlərin azı 8-i qadın, 8-i isə uşaqdır. Son 30 ildə Hindistanın Assam ştatında 10 mindən çox insan öldürülüb. Onların əksəriyyəti dinc sakindir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?