ABŞ son illərin ən güclü "Harvi" qasırğası ilə mübarizə apararkən qitənin daha bir ölkəsi Meksika da təbii fəlakətdən yan keçə bilməyib.
Ölkənin şimal-qərbini cənginə alan "Lidya" tropik fırtınası 4 nəfərin həyatına son qoyub. 20 min turist hava limanlarında qalıb.
Su altında qalan "Mexico City" aeroportunun böyük bir hissəsi fəaliyyətini dayandırıb. 3 mindən artıq insan öz evindən təxliyə edilib. Fırtınanın hazırda ölkənin mərkəzi hissələrinə doğru irəlilədiyi deyilir./Trend
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?