Bolqarıstanda “Böyük Məscid” adlanan və 523 yaşı olan məscid bar kimi istifadə olunur.
Bunu Mərmərə Universitetinin İncəsənət Tarixi Kafedrasıının müəllimi Nevel Konuk müəyyən edib. Sözügedən məscidin həyəti axşam saatlarında əyləncə mərkəzinə çevrilir. Məlumat üçün deyək ki, Koca Mahmud Paşa məscidi Osmanlı dönəmində 1451-ci ildə vəzir Mahmud Paşa tərəfindən tikilib. Lakin məsciddə inşaat işləri vəzirin vəfatından 20 il sonra başa çatdırılıb və 1494-cü ildə fəaliyyətə başlayıb. Bolqarıstanın Baş Müftisinin nümayəndəsi Osman İbrahimov deyib ki, Mahmud Paşa Məscidinin bağçasında baş verənlər onları ciddi narahat edir: “Müqəddəs şəxsiyyətlərimizə belə hörmətsizliyə yol verməməliyik”. O, qeyd edib ki, məscid Bolqarıstan Müftsinin idarəçiliyində deyil.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?