gundemxeber.az APA-ya istinadən bildirir ki, məscidin qəsdən yandırıldığı iddia edilir.
Yanğın hadisəsi gecə yarısı qeydə alınıb. Naməlum səbəbdən alışan məsciddə pəncərə, xalça və dini kitablar yanıb.
Fövqəladə Hallar Nazirliyinin Hacıqabul yanğından mühafizə xidmətinin hadisə yerinə cəlb olunan texnikası və canlı qüvvəsi yanğının genişlənməsinin qarşısını alıb. Yanğın lokallaşdırılıb. Yanğının hansı səbəbdən baş verməsi hüquq-mühafizə orqanları və yanğına nəzarət xidməti tərəfindən araşdırılır.
Məscid dindarları iddia edirlər ki, məscid qəsdən yandırılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?