GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Birmada “soyqırım”: Körpələrin “başları kəsilir” və onlar “diri-diri yandırılır”

Birmada “soyqırım”: Körpələrin “başları kəsilir” və onlar “diri-diri yandırılır”

Tarix: 4-09-2017, 13:47 Bölmə :Dünya Baxış: 405
Birmada “soyqırım”: Körpələrin “başları kəsilir” və onlar “diri-diri yandırılır”


Birmada “soyqırım”: Körpələrin “başları kəsilir” və onlar “diri-diri yandırılır”

Şahidlərin dediyinə görə Birmadakı rohincaların körpə uşaqlarının “başları kəsilir” və onlar “diri-diri yandırılır”.

Birmadan alınan xəbərlərdə deyilir ki, bu ölkənin silahlı qüvvələri və yarımhərbiləşdirilmiş birlikləri bu müsəlman azlığının yaşadığı Raxin ştatında “soyqırım” və “poqromlar” törədir.

Bundan bir həftə əvvəl rohinca yaraqlıları ilə hökumət qüvvələri arasında döyüşlərdən sonra 60 min rohinca qonşu Banqladeş ərazisinə pənah gətirib.

Britaniyanın xarici işlər naziri Boris Johnson zorakılığın dayandırılmasına çağırıb və deyib ki, baş verənlər “Birmanın reputasiyasına ləkədir”.

Türkiyə prezidenti Erdoğan daha sərt danışaraq baş verənləri Birma qüvvələri tərəfindən törədilən soyqırım adlandırıb və bildirib ki, bu zorakılıqlara biganə qalanlar hadisələrə görə məsuliyyət daşıyırlar.

Müşahidəçilər qaçqınların sayının artacağını proqnozlaşdırırlar. Birma hökuməti 400 yaraqlının öldürüldüyünü xəbər verib.

“Independent” yazır ki, zorakılıqlardan qaça bilmiş şahidlər dəhşətli hadisələr barədə danışırlar.

41 yaşlı Abdul Rəhman deyib ki, Çu Pyin kəndindəki adamları tutaraq bambuk daxmaya doldurub, sonra isə od vurublar.

Rəhman iki qardaşı uşağının başlarının kəsildiyini deyib. Onlardan birinin 6, digərinin isə 9 yaşı olub.

Eyni kənddən olan 27 yaşlı Sultan Əhməd də deyib ki, kəndə hücum edənlər əllərinə keçənlərin başlarını kəsirdilər.

Məqalədə deyilir ki, Human Rights Watch təşkilatının peyk fotoları da baş verənlərin dəhşət olduğunu göstərir. Fotolardan Çen Xar Li kəndində 700 evin yandırıldığı görünür.

Təşkilat bildirib ki, faktiki olaraq müsəlman əhaliyə qarşı etnik təmizləmə həyata keçirilir.

Təşkilatın Asiya üzrə direktor müavini Phil Robertson deyib ki, yanğınların 17 məntəqədə baş verdiyi təsdiqlənib.

Bu arada xəbər verilir ki, Birma hakimiyyət orqanları hadisələrin baş verdiyi rayonlara jurnalistləri buraxmır.

Şənbə günü Britaniyanın xarici işlər naziri Johnson Birmanın hazırkı lideri və Nobel mükafatlı keçmiş dissident Aun San Su Cini bu hadisələrə müdaxilə etməyə çağırıb.

Nazir deyib ki, o keçmiş dissidentin ölkəni birləşdirəcəyinə və Birma hərbiyyəsinin də ona dəstək verəcəyinə inanır.

Xanım Su Ci hələlik bu zorakılıqlarla bağlı heç bir bəyanat verməyib və getdikcə artan beynəlxalq tənqidlə üzləşir.

Məqalədə deyilir ki, bu zorakılıqlar Arakan Rohinca İxlas Ordusu silahlı qruplaşması avqustun 25-də hökumət qoşunlarının postlarına hücum edəndən sonra başlanıb. Bu hücumların ardınca Birma ordu hissəsləri Raxin ştatının ərazisində hərbi əməliyyatlara başlayıb.

Arakan rohinca xalqını müdafiə etdiyini bildirsə də, onun, əhalinin münaqişə yerlərindən çıxmasına mane olduğu xəbər verilir.

Rohincalara qarşı zoralılıqlar barədə kitab yazmış Francis Wade Tvitterdə deyib: “Myanmarda baş verənlər antiqiyam kampaniyası kimi qələmə verilə bilər, lakin əslində bu, dinc sakinlərə divan tutulmasıdır və bu zorakılıq ölkə əhalisi tərəfindən əsasən dəstəklənir”.

Birmada bir milyonadək müsəlman rohinca yaşayır, lakin bu xalq illərdir ki, onları vətəndaş kimi tanımayan hakimiyyət tərəfindən incidilir.

Bundan başqa rohincalar ölkənin əsas dini icması olan buddistlər tərəfindən diskriminasiyaya məruz qalırlar.

Onları bəzən benqal adlandırır və qanunsuz miqrant olduqlarını deyirlər.

Baş verən hadisələrlə əlaqədar Türkiyə prezidenti Recep Tayyip Erdoğan bəyanat verərək onun təbirincə deyilsə, “Raxində yer alan soyqırımını” kəskin tənqid edib.

“Demokratiya pərdəsi altında aparılan bu soyqırımına göz yumanlar hadisələrin iştirakçısına çevrilirlər” – deyib Erdoğan.

Türkiyə daha çox qaçqın qəbul edərsə, Banqladeşə yardım göstərəcəyini bildirib, lakin artıq 400 min rohincanın pənah gətirdiyi bu ölkə daha çox qaçqın qəbul etməyə həvəsli görünmür.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qız doğuldu deyə diri-diri basdırdılar

    Qız doğuldu deyə diri-diri basdırdılar ...

    6-07-2013, 00:24

  • 
  • İŞİD qadın və uşaqları diri-diri basdırdı

    İŞİD qadın və uşaqları diri-diri basdırdı ...

    10-08-2014, 18:21

  • 
  • İŞİD öz döyüşçülərini diri-diri yandırdı

    İŞİD öz döyüşçülərini diri-diri yandırdı ...

    14-01-2016, 12:23

  • 
  • Ayı kişini diri-diri yedi - VİDEO

    Ayı kişini diri-diri yedi - VİDEO ...

    25-11-2014, 00:23

  • 
  • Ev qəfil alışdı, sahibəsi diri-diri yandı

    Ev qəfil alışdı, sahibəsi diri-diri yandı ...

    26-01-2016, 09:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu