Bazar günü Moskvada, Rusiya paytaxtının mərkəzində, müsəlmanlar Myanma səfirliyi qarşısında kütləvi etiraz aksiyası keçirib.
Onlar Myanmada müsəlmanların sıxışdırılmasına qarşı etirazlarını bildiriblər. BBC Rus xidməti müxbirinin hadisə yerindən xəbər verdiyinə görə, aksiyada 500-ə yaxın insan iştirak edib. Bəzi iştirakçılar həyacanlı görünsə də, ümumilikdə aksiya dinc keçib, polislə iştirakçılar arasında qarşıdurma halları qeydə alınmayıb. Aksiya başlamazdan əvvəl ştirakçılar namaz qılıb. Mitinq iştirakçılarının çıxışları "Allah əkbər!" çağırışları ilə müşayiət olunub. Aksiya iştirakçılarından biri BBC Rus xidmətinə bildirib ki, Myanma səfirliyi qarşısına gəlmək çağırışı barədə o, Çeçenistan rəhbəri Ramzan Kadırovun Instagram-dakı postundan xəbər tutub. Həmin iştirakçının sözlərinə görə, o, və digər toplaşanlar Myanmada müsəlmanların qətlə yetirilməsinə etiraz edirlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?