Cənubi Koreya, Şimali Koreyanın nüvə silahı poliqonuna raket hücumunu simulyasiya edən təlim-məşq keçirib.
Bu yolla Seul Pxenyanın keçirdiyi sonuncu nüvə sınağına cavab verib. Cənubi Koreyanın keçirdiyi təlim-məşq zamanı hərbi təyyaralərdən və quruda yerləşən qurğulardan buraxılan döyüş raketləri və ballistik raketlərdən istifadə olunub. Bundan əvvəl ABŞ xəbərdarlıq etmişdi ki, özünə və müttəfiqlərinə qarşı yaranan hər bir təhlükəyə "şiddətli hərbi cavab" veriləcək. Şimali Koreyanın nüvə sınağı: Trump "düşmənçilik" hərəkətini pisləyib Şimali Koreya təkmilləşdirilmiş nüvə sınağı keçiridiyini bildirəndən sonra, Pxenyanın bu hərəkəti bir sıra ölkələr tərəfindən pislənib. Həmin ölkələrin sırasına ABŞ da qatılıb. Pxenyan uzaqmənzilli raketlə daşına bilən hidrogen bombasını uğurla sınaqdan keçirdiyini bildirib. Bununla əlaqədar ABŞ prezidenti Donald Trump Twitter səhifəsində yazıb: "Şimali Koreya iri nüvə sınağı keçirib." ABŞ prezidenti, Şimali Koreyanın "sözləri və hərəkətlərinin",Trump-ın təbirincə, "düşmənçilik və təhlükəli hərəkəti" olduğunu qeyd edib. BMT sanskiyaları və beynəlxalq təzyiqə baxmayaraq, Pxenyan nüvə silahını inkişaf etdirməkdə davam edir və həmin silahın ABŞ ərazisinə çata bilməsini qarşısına məqsəd qoyub. North Korean leader Kim Jong-un in this undated photo released by North Korea's Korean Central News Agency (KCNA) in Pyongyang September 3, 2017.Fotonun Prezident Kim Jong-un yeni cihazın önündə - foto Şimali Koreya dövlət mediası tərəfindən yayılıb. Şimali Koreyanın son nüvə sınağı Cənubi Koreya, Çin və Rusiya tərəfindən kəskin tənqid olunub. Şimali Koreya uzaqmənzilli raketlə daşına bilən nüvə silahını uğurla sınaqdan keçirdiyini bildirib. Seysmoloqlar Şimali Koreyada yer təkanlarının baş verdiyini qeydə aldıqdan bir neçə saat sonra, Pxenyan altıncı nüvə sınağının "mükəmməl uğurla" keçirildiyini bəyan edib. Pxenyan sınaqdan keçirdiyi nüvə silahının hidrogen bombası olduğunu bəyan edib. Bu növ nüvə bombası adi atom bombasından dəfələrlə güclü və dağıdıcıdır. Təhlilçilər yayılan bəyanatlara ehtiyatlı yanaşmağı tövsiyə etsələr də, Şimali Koreyanın nüvə qüdrətinin gücləndiyi göz qabağındadır. Sonuncu dəfə Şimali Koreya nüvə sınağını 2016-cı ilin sentyabrında keçirmişdi. Cənubi Koreyanın bildirdiyinə görə, sonuncu sınaq Kilju bölgəsində keçirilib. Həmin bölgədə Şimali Koreyanın nüvə poliqonu yerləşir. Cənubi Koreya hidrometeoroloji agentliyinin bildirdiyinə görə, "süni zəlzələnin" gücü, Şimali Koreyada bundan əvvəl keçirilmiş beşinci sınaq zamanıı qeydə alınmış təkanların gücündən 9.8 dəfə artıq olub. Sınağın keçirilməsindən bir neçə saat əvvəl Pxenyan, uzaqmənzilli raketə sığması üçün hidrogen bombasının miniatürləşdirildiyini bildirmişdi. Eyni zamanda, Şimali Koreya lideri Kim Jong-un-un yeni cihazın önündə çəkilmiş görüntüsü dövlət mediası kanalları ilə yayılmışdı. Şimali Koreyanın dövlət mediası həmin qurğunun yeni növ hidrogen bombası olduğunu və ballistik raketə sığdığını bildirib. Şimali Koreyada keçirilmiş sınağı Yaponiya höküməti pisləyib, Cənubi Koreyada isə prezident Moon Jae-in hadisə ilə bağlı təhlükəsizlik şurasının təcili iclasını çağırıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?