GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » "Azərbaycanın hücumunu ötən il Putin dayandırdı, Merkel yox..." dw

"Azərbaycanın hücumunu ötən il Putin dayandırdı, Merkel yox..." dw

Tarix: 6-09-2017, 14:24 Bölmə :Dünya Baxış: 488
"Azərbaycanın hücumunu ötən il Putin dayandırdı, Merkel yox..." dw


Xəbər verildiyi kimi ötən həftə Ermənistan NATO-nun Gürcüstanda keçirilən “Agile Spirit -2017” (“Çevik ruh”) çoxmillətli hərbi təlimlərində iştirakdan son anda imtina edib. Təlimlərin açılışında məlum olub ki, Ermənistan kontinenti təlimlərə qatılmır və rəsmi İrəvan bu haqda heç xəbərdarlıq etməyə də macal tapmayıb. Baxmayaraq ki, bundan cəmi bir neçə həftə əvvəl Ermənistan NATO-nun Gürcüstanda keçirilən “Noble Partner-2017” təlimlərində iştirak etmişdi.

Əvvəlcə Ermənistan Müdafiə Nazirliyi “Agile Spirit -2017” təlimlərində iştirakdan imtina ilə bağlı heç bir şərh verməyib. Lakin aradan bir gün keçmiş elə şərh və təkzib verib ki, vəziyyətdən bu cür biabırçı şəkildə çıxmağı ancaq Ermənistan rəhbərliyi bacara bilərdi. Həmin bəyanata əsasən Ermənistan Müdafiə Nazirliyi bu təlimlərdə iştirakını heç əvvəlcədən “planlaşdırmayıbmış”.

“Ermənistan NATO-nun Gürcüstanda keçirilən “Agile Spirit 2017” təlimlərində iştirak etmək üçün ərizə verməmidi. Müdafiə Nazirliyinin, Baş qərargahın, silahlı qüvvələrin nümayəndələri periodik olaraq xaricdə keçirilən onlarla çoxmillətli təlimlərdə, konfranslarda iştirak edir. Ermənistan silahlı qüvvələrinin bölmələrinin təlimlərdə iştirak formatı Müdafiə Nazirliyinin beynəlxalq qarşılıqlı əməkdaşlıq planlarından çıxış edərək müəyyən edilir. Nəzərə alanda ki, Gürcüstanda keçirilən təlimlər bu baxımdan prioritet təşkil etmir, bu təlimlərdə iştirak etməmək barədə əvvəlcədən qərar verilmişdi və müvafiq ərizə ilə müraciət edilməmişdi”-bəyanatda deyilir.
Lakin bu bəyanat dərhal erməni ekspert çevrələrində və sosial şəbəkələrdə istehza doğurub. Çünki təlimlərə ev sahibliyi edən ölənin Müdafiə Nazirliyi Ermənistanın təlimlərdə iştirak üçün hələ iyulun 12-də müraciət etdiyini, Ermənistan bayrağının açılış mərasimində qaldırıldığını, lakin İrəvanın son anda iştirakdan imtina etdiyini açıqlayıb. Nəticədə təşkilatçılar Ermənistan bayrağını təlimlərə qatılan Azərbaycanın bayrağı ilə əvəz ediblər.

Ermənistan müdafiə nazirinin müavini Artak Zaxaryanın şərhi də qəribə olub. “Biz adətən əvvəlcə bu və ya digər tədbirdə iştirakımızı planlaşdırır, lakin iştirak qərarını tədbirə az qalmış elan edirik”-Zaxaryan deyib.

Nazir müavininin sözlərinə görə, “Yerevan bu tədbirdə iştirakını heç vaxr təsdiq etməyib və buna görə də onun tədbirdən imtina etdiyini demək olmaz”.

Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə təlimlərdə iştirakdan imtinanı Azərbaycanın iştirakı ilə əsaslandırmağa çalışıb. “Biz adətən elə beynəlxalq təlimlərdə iştirak edirik ki, Azərbaycan və Türkiyə orada iştirak etmir”-Şarmazanov deyib.

Lakin erməni politoloq Ruben Meqrabyan bu arqumenti gülünc sayır. Onun sözlərinə görə, Ermənistan bundan əvvəlki “Noble partner” təlimlərində iştirak edərək Moskvanı qəzəbləndirmişdi. Nəticədə Moskva bütün rıçaqlardan istifadə edərək Yerevanın NATO, ilk növbədə ABŞ-la hərbi əməkdaşlığı davam etdirməsinə imkan vermədi.
“Onlar sadəcə olaraq istənilən variantlardan istifadə edirlər, Rusiya açıq şantaja keçdi və Ermənistan rəhbərliyini məcbur etdi ki, geri addım atsın. Bax budur baş verənlər. Özü də bunu son anda etdilər”-Meqrabyan bildirib.

Ekspert deyib ki, Ermənistanın təlimlərdə Azərbaycanın iştirakına görə imtina etməsi versiyasını tam istisna edir. Çünki bundan əvvəl dəfələrlə Azərbaycan və Ermənistan beynəlxlq hərbi tədbirlərdə birgə iştirak ediblər.

“Əslində Azərbaycanın iştirakı barədə son ana qədər açıqlanmamışdı. İkincisi, Sergey Şoyqunun Rusiyada keçirilən tank biatlonudur, nədir, heç kimə lazım olmayan tamaşalarında Azərbaycan və Ermənistan sakitcə iştirak edir. Ona görə də mən bu amili istisna edirəm”-ekspert deyib.

Rusiyanın hakimiyyətyönümlü “Pravda.ru” saytı isə açıq yazır ki, Ermənistan Moskvanın xəbərdarlığından sonra NATO təlimlərində iştirakdan imtina edib. “Yerevan Kiyevin yolu ilə gedirdi, lakin onu dayandırdılar”-qəzet belə yazır.

Məqalədə deyilir ki, Ermənistan KTMT-nin və Avrasiya İttifaqının üzvü olduğu halda bu yaxınlarda Avroatlantika məkanına inteqrasiya yolunu tutaraq NATO və Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirməyə başlamışdı. “Və burada Moskva belə görünür ki, Ukraynada yol verdiyi səhvləri təkrarlamaq istəmədi”-Rusiya nəşri bildirir.

Məqalədə deyilirdi ki, Ermənistanın NATO və Avropa İttifaqı ilə yaxınlaşması nəinki eyni vaxtda iki stulda oturmaq cəhdi idi, eyni zamanda bu Rusiyaya qarşı birbaşa satqınçılıq idi. “Belə olanda deyəsən ki, gedin NATO-dan xahiş edin sizin Azərbaycan və Türkiyə ilə problemlərinizi həll etsin”-pravda.rubildirir.

Rusiya nəşri qeyd edir ki, ermənilərə ötən ilin aprelində Azərbaycanın Qarabağda hücumlarını Angela Merkelin yox, Vladimir Putinin dayandırdığını da xatırlatmaq lazımdır.

Qeyd edək ki, Ermənistanın NATO təlimlərdə iştirakdan qəfil imtina etməsi prezident Serj Sərkisyanın Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonraya təsadüf edib. Həmin görüşdə Ermənistanın NATO və Avropa İttifaqı ilə yaxınlaşmağa yönəlmiş səylərinin müzakirə olunduğu ehtimal edilir. Gözlənilir ki, Ermənistan noyabrda Aİ ilə əhatəli əməkdaşlıq razılaşması imzalayacaq./virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistan son anda NATO hərbi təlimlərində iştirakdan imtina edib

    Ermənistan son anda NATO hərbi təlimlərində ...

    4-09-2017, 14:26

  • 
  • Ermənistan NATO ilə əməkdaşlıqdan imtina etdi- Sarkisyanın Kremlə çağırılmasından dərhal sonra

    Ermənistan NATO ilə əməkdaşlıqdan imtina etdi- ...

    4-09-2017, 09:40

  • 
  • Ermənistan NATO-ya yaltaqlanır

    Ermənistan NATO-ya yaltaqlanır ...

    4-09-2017, 23:48

  • 
  • Ermənistan yenə “Rus NATO”-sunu seçdi - Maraqlı gəlişmə

    Ermənistan yenə “Rus NATO”-sunu seçdi - Maraqlı ...

    5-09-2017, 09:00

  • 
  • Ermənistanın növbəti “qara sentyabr”ı: Moskva İrəvanı daha təhlükəli oyuna qoşur

    Ermənistanın növbəti “qara sentyabr”ı: Moskva ...

    4-09-2017, 18:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu