Qalmaqaldan sonra müəllimə məzuniyyətə çıxmağa məcbur olub
Rusiyanın Rostov vilayətində 10-cu sinif şagirdləri müəllimin noutbukunun parolunu ələ keçirərək, onun kompyuterində tapdıqları intim şəkilləri İnternetdə yayıblar.
Eyni vaxtda Volqodonsk şəhərinin iki məktəbində qalmaqal qopub. 34 yaşlı müəllim Aleksey M. dəhlizə çıxdıqdan sonra imtahan verən yeniyetmələr tapşırığın cavablarını tapmaq üçün onun komputerini açıblar. Ancaq əvəzində məktəblilər komputerdə intim məzmunlu şəkillər olan qovluğu tapıblar. Fotolarda müəllimin həyat yoldaşının nyu üslubunda çəkilmiş şəkilləri olub. Qeyd edək ki, Aleksey M.-nın həyat yoldaşı başqa məktəbdə tarix müəllimi işləyir.
Uşaqlar tərəddüd etmədən müəllimənin şəkillərini fleş karta köçürüblər. Tezliklə şəkillər İnternetdə yayılıb.
"Şəkillər dərhal hər iki məktəbin şagirdləri tərəfindən yayılıb. Sosial şəbəkədə yerləşdirilən şəkilləri onlar biri-birinə göndəriblər. Mən müəlliməyə qarşı bu cür hərəkət edilməsinə çox təəssüflənirəm" - 9 nömrəli məktəbin şagirdi Roman L. deyib.
Qalmaqaldan sonra müəllimə məzuniyyətə çıxmağa məcbur olub.
Məktəbin direktoru Yuri Filippov hələlik şəkilləri məhz kimin ələ keçirdiyini müəyyən edə bilməyib: "Biz bunu aydınlaşdırırıq. Zərərçəkən hadisənin geniş səs-küyə səbəb olmaması üşün polisə şikayət ərizəsi yazmaqdan imtina edib".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?