Mixail Saakaşvilinin Ukraynaya girişindən sonra ölkədə həbslər başlayıb.
Polis “Şeqini” keçid məntəsəqində yaşanan olaylarla əlaqədar 5 nəfəri saxlayıb. Bildirilir ki, həmin şəxslər sərhədçilərə güc tətbiq ediblər, sərhəddə baş verən olayda aktiv olublar. Bundan başqa, məlum hadisəni planlamaqda şübhəli bilinən 6 nəfərin, fəal iştirak edənlərdən isə 32-sinin kimliyini müəyyənləşdirmək mümkün olub. Ukrayna DİN-dən bildirilib ki, daha 100 nəfər “Şeqini”də baş verənlərin canlı şahidi kimi dindirilib və istintaq işinə başlamaq üçün bir neçə xalq deputatına lazımi qaydada bildiriş göndərilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?