Ukrayna Mixail Saaakaşvilinin şəxsiyyətini təsdiq edən bütün sənədlərin ləğv edilməsi barədə ABŞ və digər ölkələrə xəbərdarlıq edib.
Bu barədə “Ukraynanın Komsomolskaya Pravda” qəzeti öz mənbələrinə istinadən yazıb. “Ukrayna prezidenti Pyotr Poroşenko Saakaşvilinin vətəndaşlığı ilə bağlı hiyləgər oyun oynadı. Vətəndaşlığın ləğv edilməsi ilə bağlı sərəncamın ləğvindən sonra Ukrayna ABŞ və başqa ölkələrə onun pasportunun ləğvi barədə xəbərdarlıq edib. O, fiziki olaraq nə ABŞ-dan çıxa bilər, nə də Ukraynaya və ya başqa ölkəyə gedə bilər. Yoldaş Saakaşvili izolyasiyadadır” – qəzet yazır.
Mənbənin sözlərinə görə, Saakaşvili ilə bağlı hər şey elə qurulub ki, Ukrayna Gürcüstanın eks-prezidentini ekstradisiya etmək məcburiyyətində qalmasın. Tbilisi artıq bu məsələdə ABŞ-la danışıqlar prosesinə başlamağa hazır olduğunu bəyan edib.
Xatırladaq ki, Saakaşvili 1 avqustda Ukraynaya qayıtmağa hazır olduğunu bəyan etmişdi./avropa.info
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?