“Ukrayna hakimiyyəti Mixail Saakaşvilini sərhədi qanunsuz keçməyə görə həbs etmək fikrində deyil”.
Azadlıq Radiosu Rusiya xidmətinin sentyabrın 17-də TV Novosti-yə istinadla verdiyi məlumata görə, bunu Ukraynanın baş prokuroru Yuri Lutsenko deyib. Lutsenko həmçinin bildirib ki, Odessa vilayətinin keçmiş qubernatoru və keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilini heç kim ekstradasiya etmək fikrində deyil. Lutsenko qeyd edib ki, nə qədər ki, Saakaşvilinin Ukraynada yaşamaq icazəsi və ya digər sənədi var, o, həbs oluna bilməz. Bundan sonra Saakaşvili sentyabrın 10-da yüzlərlə tərəfdarının müşayiəti ilə Polşadan Ukraynanın Lvov şəhərinə keçib. Gürcüstan hökuməti də Saakaşvilinin həbsini və ekstradisiyasını istəyir. O, 2004-2013-cü illərdə prezident olanda mənimsəmə və vəzifəsindən sui-istifadədə ittiham olunur. Saakaşvili ittihamları rədd edir. O, 2015-ci ildə Ukraynaya gedib və Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilib. Ötən il Odessa vilayətinin qubernatorluğundan istefa verdikdən sonra Poroşenko ilə də münasibətləri pozulub və korrupsiya ilə mübarizə aparmaq üçün yeni partiya yaradaraq siyasi mübarizəyə girişib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?