Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukraynanın Lvov şəhərini siyasi mübarizənin mərkəzinə çevirir.
“Yeni güclərin hərəkatı” partiyasının lideri, “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko və başqa Ukrayna siyasətçiləri ilə birlikdə “Leopolis” mehmanxanasında müşavirə keçirir. Bu haqda Ali Radanın “Qarşılıqlı yardım” fraksiyasından xalq deputatı Yeqor Sobolev bildirib. “İndi biz müşavirə keçirəcəyik. Müşavirədə sonrakı addımlarımızı müzakirə edəcəyik. Sakkaşvili şəxsən nə etməyi planlaşdırdığını danışacaq”, - Sobolev Lvovda jurnalistlərə deyib. Müşavirədə həmçinin “Batkivşina” fraksiyasından Sergey Vlasenko, “Batkivşina”nın Lvov təşkilatının nümayəndələri, həmçinin Yeqor Sobolevin özü iştirak edir. Müşavirənin başqa iştirakçılarının kimliyi hələ məlum deyil. Qeyd edək ki, Saakaşvili dünən Ukraynaya qayıdıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?