ABŞ-ın müdafiə naziri Cim Mattis Birləşmiş Ştatların Əfqanıstana əlavə 3000 nəfərlik əsgəri qüvvə göndərdiyini bildirib.
Mattis bildirib ki, əsgərlərin böyük əksəriyyəti artıq yola düşüb, digərləri də hazırlıqlara başlayıb. Lakin o, daha çox məlumat verməkdən imtina edərək, əlavə informasiyaların düşmənə kömək edə biləcəyini qeyd edib.
Pentaqondakı hərbi rəhbərlik isə daha çox əsgəri qüvvə tələb edərək, Əfqanıstandakı mövcud vəziyyəti çıxılmaz adlandırıb.
Prezident Donald Trampın ABŞ-ın ən uzunmüddətli müharibə apardığı Əfqanıstana əlavə əsgəri qüvvə göndərmək qərarı münaqişənin gedişatında əsaslı dəyişiklikdən xəbər verir.
Keçən il prezident seçkiləri dövrü namizəd olan Tramp ABŞ əsgərlərinin Əfqanıstandan tam çəkilməsi ilə bağlı çağırışlar etmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?