Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyan bu ölkənin xarici işlər naziri Edvard Nalbandyanın işğal olunmuş Azərbaycan torpaqlarının bir hissəsinin qaytarılması ilə bağlı verdiyi açıqlamasına etiraz edib.
Qərargah rəisi bildirib ki, hər hansı torpağın Azərbaycana qaytarılmasından söhbət gedə bilməz: “Çünki Dağlıq Qarabağın (qondarma respublikanın-red.) təhlükəsizliyi üçün bütün rayonlar istisnasız olaraq vacibdir. Qarabağ sərhədi boyu elə təhlükəsizlik sistemi yaradılıb ki, ən kiçik pozuntu dönüşü olmayan nəticələrə gətirib çıxara bilər.” Xatırladaq ki, daha əvvəl Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan bəyan etmişdi ki, Qarabağa (qondarma respublikaya -red.) təhlükə yaratmayacaq torpaqların Azərbaycana qaytarılması istiqamətində danışıqlar gedir. Qeyd: Məsələnin bu cür qoyuluşu bir görüntü üçündür. Elə bir vəziyyət yaradırlar sanki, Ermənistan XİN danışıqlardan və torpaqların bir hissəsinin qaytarılmasından yanadır və ordu buna əngəl olur. Əslində isə nə XİN, nə də Sarkisyanın rəhbərlik etdiyi hakim komanda işğal etdikləri torpaqları rəsmiləşdirməkdən savayı heç bir fikri yaxın buraxmır. Çünki məhz bu cür davranış, Qarabağ kartı ilə oynamaq onların yeganə hakimiyyətdə qalma səbəbidir. Sadəcə xarici təzyiqlərdən yayınmaq üçün növbəti dəfə danışıqlar görüntüsü yaratmaqla nəticəsiz bir siyasi proseslə zaman qazanmaq istəyirlər. Və haqqında söhbət gedən 5 rayonun müqabilində elə şərtlər qoyulacaq ki, bu da əvvəlcədən bəllidir ki, Azərbaycan bunları qəbul etməyəcək. Beləliklə də növbəti 1 il Azərbaycan üçün itirilmiş olacaq.muxalifet.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?