ABŞ prezidenti Donald Tramp KXDR-in XİN rəhbərinin BMT-nin Baş Assamleyasındakı çıxışını şərh edib.
"KXDR-in XİN rəhbərinin BMT-nin Baş Assamleyasındakı çıxışını yenicə eşitdim. Əgər o kiçik "raket-adam"ın (KXDR lideri Kim Çen In nəzərdə tutulur-red.) fikirlərini təkrarlamaqda davam etsə, onlar çox davam gətirməyəcək", - deyə o yazıb. Xatırladaq ki, Şimali Koreyanın xarici işlər naziri Li Yon Xo BMT-nin tribunasında çıxış edərkən ABŞ prezidenti Donald Trampı "böyüklük" iddiası olan psixi xəstə adlandırıb və ona "nüvə düyməsini" tapşırmağın təhlükəli olduğunu söyləyib
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?