İstanbulun Üsküdar rayonunda suriyalı fəal, 60 yaşlı jurnalist Orouba Barakat və eyni zamanda özü kimi jurnalist olan 22 yaşlı qızı Halla Barakat qətlə yetirilib.
“Ana ilə qızının evdə boğazları kəsilmiş halda cəsədləri aşkarlanıb. Dünən dəfn olunan O. Barakatın bacısı ilə qardaşı qətldə Suriya prezidenti Bəşər Əsədin əli olduğunu iddia ediblər: “Bunu Əsəddən başqa heç kim edə bilməz. Oroubanı telefon və internet vasitəsilə hədələyirdi”. Hazırda Türkiyə polisi faktla bağlı araşdırmalar aparır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?