ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşdüklərini deyiblər və regiona oktyabr ayında səfər edəcəklərini şənbə günü dərc edilmiş birgə bəyanatda açıqlayıblar.
Həmsədrlər, Azərbaycanın xarici işlər naziri Elmar Məmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Birləşmiş Millətlər Təşkilatının (BMT) ABŞ-da keçirilən Baş Assambleyası əsnasında, görüş keçirdiklərini bildiriblər. Bu görüşlərdə həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrzey Kasprzyk-ın da iştirak etdiyi qeyd edilib. "Görüşlərin əsas məqsədi münaqişə zonasında vəziyyəti və sülh prosesini canlandırmaq üçün yolları müzakirə edib, Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdan gələn zirvə görüşünə hazırlaşmaq olub", həmsədrlər deyib. Həmsədrlər zirvə görüşünün tərəflər arasında etibarlığı artıracağına və həlsiz qalan problemlərin güzəştli həllinin tapılması üçün lazım olan siyasi iradənin inkişafına yol açacağına ümid bəslədiklərini deyiblər. Azərbaycan və Ermənistan xarici işlər nazirləri prezidentlər arasında qarşıdan gələn görüşün uğurlu olması üçün hazırlığa başlayacaqlarını qeyd ediblər, bəyanatda bildirilib. Prezident İlham Əliyev və prezident Serj Sarkisyan arasında keçiliəcək görüşün tarixi barədə hələki, məlumat yoxdur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?