Misirin hazırda tikintisi davam edən yeni inzibati paytaxtı gələn ilin sonlarında dövlət idarələrini qəbul etməyə hazır olacaq.
“Al Ahram” qəzetinin verdiyi məlumata görə, bunu dünən Misirin baş naziri Şərif İsmayıl bəyan edib.
Qeyd edək ki, əhalisi 20 milyon nəfərə çatan paytaxt Qahirədən 45 km şərqdə yerləşən Yeni Qahirənin tikintisi barədə iddialı plan 2015-ci ilin martında elan edilib. Süveyş kanalına qədər uzanan və dünyanın məşhur biznes-mərkəzləri ilə rəqabət aparacağı iddia olunan şəhərin tikintisinin 45 milyard dollara başa gələcəyi və 5 milyon insanın məskunlaşacağı proqnozlaşdırılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?