Kabildə intiharçının hücumu nəticəsində 3 nəfər həlak olub.
Əfqanıstanın Daxili İşlər Nazirliyinin bəyanatında deyilir ki, NATO konvoyunu hədəf alan hücum nəticəsində bir mülki vətəndaş yaralanıb.
NATO-nun bəyanatında isə qüvvələrin tələfat vermədiyi bildirilib.
Hücumun məsuliyyətini Taliban üzərinə götürüb. Taliban sözçüsü Zabihullah Mücahid bildirib ki, hücum Amerikanın hərbi konvoyunu hədəf alıb və bir neçə zirehli maşın dağıdılıb, nəticədə “təcavüskar” qüvvələr ciddi itki verib.
Talibanın bunabənzər bəyanatları çox zaman həqiqətə uyğun gəlmir.
Bu ay Əfqanıstan polisi Kabildə kriket oyunlarının keçirildiyi stadionun qarşısında intiharçı bomba hücumu nəticəsində azı üç adamın öldüyünü, beş nəfərin isə yaralandığını bildirib.
Polis sözçüsü Amerikanın Səsinə ölənlər arasında polis işçilərinin də olduğunu bildirib. Hadisə nəticəsində iki polis işçisinin həlak olduğu deyilir.
Sorğu
Yeni dizaynımız necədir?