Xarici işlər Naziri Çavuşoğlu: "(IKBY referendumuna dair) Türkmən qardaşlarımıza yönəlik bir əməli müdaxilə olarsa Türkiyə dərhal hərbi müdaxilə edər”
Türkiyə Xarici işlər Naziri "Biz dostcasına tövsiyəmizi verib, xəbərdarlıqlarımızı da etmişik” deyə, fikir bildirib. Sərhədlərlə bağlı vəziyyətə isə Çavuşoğlu" Hazırda hər hansı bir bağlama yoxdur, sadəcə, nəzarətləri sıxlaşdırma vardır” deyə, cavab verib: “Amma atdığımız addımlar olacaq. Hazırda məsələləri qiymətləndiririk. IKBY mən öz yoluma gedəcəyəm dedi, biz də onlara bunun bir bədəli olacaq dedik və olacaq. Bizim problemimiz Kürd qardaşlarımız deyil. Suriyada da deyildi". Çavuşoğlu IKBY referendumuilə bağlı isə daha sərt sözlər işlədib: “Türkmən qardaşlarımıza yönəlik bir əməli müdaxilə olarsa, hərbi əməliyyat dərhal başlar”. Mövlud Çavuşoğlu, Peşmerge qüvvələrinə hərbi təlim dəstəyinin də kəsiləcəyini bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?