Türkiyənin İzmir əyalətində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat nəticəsində 117 hərbçi tutulub. Bu barədə ölkənin Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Əməliyyat Türkiyənin 45 əyalətində keçirilib. Məlumata görə, ittihamla bağlı 268 nəfərin tutulması barədə qərar verilib. İzmirdəki Terrora qarşı mübarizə şöbəsinin əməkdaşları eyni vaxtda çoxlu sayda ünvanlarda əməliyyat keçirib. Nəticədə 117 nəfər saxlanılıb. Onlar Silahlı Qüvvələrin Baş Qərargahında, Sahil Mühafizə Xidmətində, Jandarm Qüvvələrində xidmət edən zabit və gizirlərdir. Saxlanılan hərbçilər 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddə və FETÖ-yə üzv olmaqda ittiham olunurlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?