NASA Mars planetinə yeni ekspedisiyalara hazırlaşır.
İlk britaniyalı astronavt Helen Şarmen növbəti ekspedisiyanın əsas seksual sirrini açıb.
Məlumata əsasən, Qırmızı planetdə seks olmayacaq. Çünki kiçik kollektivlərdə intim münasibət ciddi münaqişələrə və hamiləliyə səbəb olur. Bu isə ekspedisiyanın işinə mənfi təsir göstərir. Helen bildirib ki, kişi və qadınlardan ibarət ekipajda seks istəyinin qarşısını almaq olmur. Bu, insanın təbiətidir. Bu səbəbdən uzunmüddətli uçuş vaxtı heteroseksual cinsi münasibətlərin qarşısını almaq üçün NASA Marsa eynicinsli ekipaj göndərmək barədə qərar qəbul edib.
NASA məsələni bir az da düşünərək ekipaja ancaq qadınların cəlb ediləcəyi barədə fikrə gəlib. Çünki qadınlar daha zəhmətkeş, icraçı və kollektivdə daha yaxşı işləyirlər. Hətta Marsa uçuş zamanı qadınlar arasında intim münasibət olsa da, bu kişilər arasında olan intim münasibət qədər çirkin deyil. Bu, heç kəs üçün utancverici olmayacaq.
Helen bildirib ki, NASA mütəxəssisləri tərəfindən hazırlanan və uyğun qətnaməni gözləri ilə görüb. Bu gizli hesabatda tədqiqatın nəticələri qeyd edilib. Tədqiqat vaxtı alimlər uzunmüddətli izolyasiya vaxtı insanların adi və seksual davranışlarını öyrəniblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?