NASA agentliyi Marsın müxtəlif rəngli kraterlərinin nadir şəkillərini dərc edib.
Alimlərin fikrincə, bu geoloji obyektlər daha çox nəhəng rəngli soxulcanlara bənzəyir.
Foto “Mars Orbiter Reconnaissance” aparatı ilə çəkilib. Ekspertlər hesab edirlər ki, kraterlər Marsa asteroidin düşməsindən sonra yaranıb.
Bundan başqa, onlar bu torpaqda dəmir və piroksen olduğunu ehtimal edirlər. Onların fikrincə, bunu göy və mavi rənglər göstərir. Lakin sarı rəngin nədən xəbər verdiyini alimlər hələ müəyyən etməyiblər.
Sorğu
Yeni dizaynımız necədir?