İraq Kürd Muxtariyyətində keçirilən referendumda 650 nəfər erməninin səsvermə hüququ olub.
Bu barədə İraq Kürd Muxtariyyətinin erməni əsilli deputatı Aram Şahin Bakoyan danışıb. Onun sözlərinə görə, onlar “kürd xalqının müstəqilliyinin” lehinə səs verib.
“2015-ci ildən sonra kürd və erməni xalqları arasında münasibətlər yaxşı vəziyyətdədir. Buna görə kürd hakimiyyətini qane edən bir sıra şeylər var ki, bizi də qane edir. Biz müstəqilliyi dəstəkləyirik. Bunlar müsbət dəyişikliklərə səbəb olacaq”, - Bakoyan deyib.
Qeyd edək ki, İraq Kürd Muxtariyyətində müstəqillik referedumunun keçirilməsi rəsmi Bağdad tərəfindən Konstitusiyaya zidd addım kimi qiymətləndirilib./axar.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?