Avstriyada ictimai yerlərdə üzü tam bağlayan müsəlman qadın geyiminə qadağa qüvvəyə minib.
Rəsmi olaraq oktyabrın 1-dən qüvvəyə minən qadağa həmçinin qeyri-bayram günlərində maskarad maskasına, habelə həkim göstərişi olmadan tibbi maskaların taxılmasına da qoyulub. Qadağanı pozan şəxslər 150 avro məbləğində cərimələnəcəklər. Hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmayan şəxslər izahat verilməsi üçün polis şöbəsinə aparılacaqlar./oxu.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?