İranda azan zamanı təyyarələrin uçuşuna qadağa tətbiq edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü FARS agentliyi İran Parlamentinin Mədəniyyət komissiyasının rəsmi nümayəndəsi Seyid Əli Tahiriyə istinadən xəbər verib.
Onun sözlərinə görə, belə göstəriş İranın Mülki Aviasiya Təşkilatı tərəfindən verilib.
Göstərişə görə, reyslər təyyarənin uçuş müddətinin azan vaxtı ilə eyni vaxta təsadüf edəcəyi halda yarım saat yubadılacaq. Tahirinin sözlərinə görə, habelə aeroportlarda çalışan qadınların hicab geyinməsinin lazım olmasına çox böyük diqqət ayırılacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?