Suriyada İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, İŞİD yaraqlıları Homs vilayətinin Əl-Qaryatayn şəhərinin nəzarətini geri alıb.
Bu, cihadçıların son zamanlar güclənən hücumlarının nəticəsidir. Suriya ordusu Dəməşqdən 1290 kilometr şimal-şərqdə yerləşən şəhərin tutulmasına dair heç bir şərh verməyib.
Şəhər Suriya ordusu tərəfindən 6 ay əvvəl azad edilmişdi.
İslam Dövləti qrupu Rusiyanın dəstəyi ilə Suriya hökuməti və ABŞ-ın dəstəklədiyi Suriya döyüşçülərinın kampaniyası nəticəsində zəifləyərək, ələ keçirdiyi bir sıra bölgələrin nəzarətini itirmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?