Suriya ordusunun Hələbdə irəliləyişi davam edir. Assad ordusu oktyabr ayında Azad Suriya Ordusunun ələ keçirdiyi Dahiyet al-Assad bölgəsini və Minian kəndini yenidən geri alıb. Ələ keçirilən ərazilərdə 250 min dinc sakinin yaşadığı təxmin edilir. Suriyanın şimalında yerləşən Hələb və Rakka şəhərlərində vətəndaş müharibəsi başlanan gündən ən şiddətli döyüşlər gedir. Bu arada Azad Suriya Ordusu İslam Dövləti qruplaşmasının (İŞİD-in ) güclü qalalarından sayılan Rakkanın 35 kilometrliyindəki Al Heesha Al Sughra qəsəbəsini ələ keçirib. Rusiya Hava Donanmasını daşıyan Admiral Kuznetsov gəmisi də Suriyanın dəniz sualrına daxil olub. Rusiya İranla birlikdə Assad ordusuna dəstək verir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?