Ekspertlər Şimali İraqdakı referenduma köklənən Türkiyənin Şimali Suriyada çox sürətli şəkildə baş verən hadisələri diqqətdən qaçırdığına diqqət çəkib
Türkiyə medaisı Suriyanın şimalında gedən çox təhlükəli proseslərdən yazıb. Bərzaniyə daldıq, Suriyanı unutduq, Türkiyəyə əsl təhdid Suriyadan ABŞ-da fəaliyyət göstərən bəzi təhlükəsizlik mütəxəssisləri fikrincə, Türkiyə öz milli təhlükəsizliyi üçün Şimali İraqa fokuslanması doğrudur, ancaq bu, Şimali Suriyada çox sürətli şəkildə başlanan hadisələrə etinasız yanaşmağa yol açmamalıdır. Çünki Şimali Suriyada baş verənlər Türkiyə baxımından çox daha kritik nəticələrə gətirə bilər.
ŞİMALİ SURİYADA SƏSSİZ-səmirsiz SEÇKİ
Suriyanın şimalında terror təşkilatı PKK/PYD rəhbərliyi aynel- Ərəb (Rojava) regionunda yerli seçkilərin seçkilərin ilk mərhələsini keçiriblər. PYD və YPG bölgədə 3 mərhələli bir seçki prosesini bu yerli seçki ilə başlamış oldu.
KANTONU FORMALAŞDIRIRLAR
Seçkidə 18 yaşına çatmış hər bir seçici öz kommunasının seçki mərkəzinə gedərək bütün namizədlər içərisindən 1-i qadın, 1-i kişi olmaqla 2 nəfər səs vermişdi. 3 mərhələdə keçiriləcək seçkilərdə ilk mərhələdə məhəllə səviyyəli nümayəndələr seçilib. 3 Noyabrda rayon və bölgələrin icra şuraları müəyyən olunacaq. 19 Yanvardakı son mərhələdə isə hər bir kanton üçün ayrıca məclis və birgə parlament seçiləcək. Şimali Suriyadakı Kürdlər prosesi Şimali İraqdakı Kürdlərdən daha nəzarətli, daha ağıllı idarə edirlər. Şimali İraq kimi təpki çəkməmək üçün bu prosesin yekun hədəfinin tam müstəqillik olmadığını Vaşinqtona da söylədilər. Onların dediyinə görə, məqsədi konfederatif quruluş daxilində muxtariyyətdir.
ABŞ-dan DƏSTƏK GƏLMİŞDİ
Vaşinqtondakı qurumlar tam bu günlərə təsadüf edən Suriya xarici işlər naziri Vəlid Müəllimin "Şimali Suriyadakı Kürdlərlə muxtariyyəti danışmağa açığıq" açıqlamasına çox əhəmiyyət verirlər. Və bunu “Rojava” bölgəsində konfederatif bir quruluş daxilində muxtar bir Kürd prosesinin önünün açılması kimi görürlər. Şimali Suriyadakı parlament seçkisindən sonra PKK/PYD müstəqillik istəmədiklərini bəyan etsələr də, bizə görə bu, Suriyanın və Türkiyənin reaksiyalarını çəkmədən muxtariyyət yaratmaq strategiyalarının tərkib hissəsidir. Və bu da son deyil, yalnız ilkin mərələdir. Çünki bu prosesin hədəfi sadəcə muxtariyyət deyil, müstəqil “Kürd dövlətidir” ki, hansı ki, bunu bu gün biz Şimali İraqda müşahidə etməkdəyik. Son hədəf isə “Böyük Kürdüstan”dır./muxalifet.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?