Türkiyə hərbi təyyarələrinin Suriya üzərində uçuşlarını dayandırıb. Söhbət İslam Dövləti silahlı qruplaşmasına qarşı ABŞ koalisiyası çərçivəsində uçuşlardan gedir.
Hürriyyet Daily News qəzetinin məlumatına görə, qərar Rusiya ilə birgə verilib. Rusiya da Suriyanın Türkiyə ilə sərhədində uçuşları dayandırıb.
Tərəflər faciəvi insidentlərin təkrarlanmasını əngəlləməyə çalışırlar. Belə ki, noyabrın 24-də Türkiyə Su-24 bombardmançısının hava sərhədini pozduğunu deyərək vurub.
Rusiya bu ittihamı rədd edir və Ankaradan üzrxahlıq gözləyir. Türkiyə prezidenti Recep Tayyip Erdogan isə bundan imtina edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?