Rusiya aviasiyası Suriyada növbəti hücum həyata keçirib.
Hücum nəticəsində Nusra cəbhəsinin 12 komandiri və lideri Əbu Məhəmməd əl-Cülyani öldürülüb. Bu barədə Rusiya müdafiə nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.
Məlumata əsasən əl-Cülyani qolunu itirib və vəziyyəti kritikdir. Konaşenkov deyi: "Nusra cəbhəsinin 12 komandiri ilə yanaşı çoxsaylı cangüdənləri (50 nəfər) məhv edilib. Eyni zamanda Əl-Cülyaninin yaxın köməkçisi, qruplaşmanın təhlükəsizlik xidmətinin rəisi Əhməd Əl-Qizai də öldürülüb. Bundan başqa onlarla qruplaşma üzvü ağır xəsarət alıb". Nazirlik rəsmisi qeyd edib ki, hədəfi məhv etmək üçün Rusiyanın Suriyadakı "Su-34" və "Su-35" qırıcıları havaya qalxıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?