O, İŞİD-ə və Əsəd hakimiyyətinə qarşı vuruşurdu ABŞ-ın beş ərəb ölkəsi ilə birlikdə Suriyada İŞİD və Əl-Qaidə əlaqəli terror qruplaşmalarına qarşı keçirdiyi hava hücumlarında Əbu Yusuf Əl Türki ləqəbli 38 yaşlı Ümid Yaşar Toprağın da öldürüldüyü bildirilir.
Topraq Suriyaya getdikdən sonra orada Əl-Qaidə ilə əlaqəsi olan Əl-Nusra cəbhəsində qrup komandiri olub. Bundan başqa, onun ABŞ-ın sabiq prezidenti Corc Buşun Türkiyə səfəri zamanı adının sui-qəsd etməkdə şübhəli bilinənlər arasında olduğu və buna görə saxlanılıb, sonra buraxıldığı bildirilir.
Qeyd edək ki, Ümid Yaşar Topraq adlı türk silahlısı həyat yoldaşı və 5 övladını Bursada ailəsinin yanında qoyaraq Əsəd hakimiyyəti və İŞİD-ə qarşı döyüşmək üçün Suriyaya getmişdi. Jurnalistlərin hava hücumlarında öldürülən Topraq barədə görüşüb-danışmaq istəyini ailəsi rədd edib.
Əl-Nusra cəbhəsi Suriyadakı ən böyük üçüncü silahlı qrupdur. 2013-cü ilin aprelində Əl-Qaidəyə bağlılığını açıqlayıb. Qrupun ən az 5000 savaşçıdan meydana gəldiyi sanılır. Qruplaşma Bəşər əl-Əsədi devirmək və bu yolla öz ideoloji məqsədlərini bərqərar etmək və yaymaq istəyir. (anspress)
Sorğu
Yeni dizaynımız necədir?