Ermənistan Suriyadan olan 22 min qaçqına sığınacaq verib.
Bunu BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 68-ci iclasında çıxışı zamanı Ermənistanın Xarici İşlər nazirinin müavini Aşot Ovakimyan söyləyib. Onun sözlərinə görə, Ermənistan qəbul etdiyi qaçqınların sayına görə Avropada üçüncü yeri tutur.
Diqqəti çəkən isə erməni nazirin həyasızca yalanıdır. Belə ki, Ovakimyan guya Azərbaycanın ermənilərə qarşı “etnik təmizləmə” siyasəti apardığını və bu siyasət ucbatından erməni qaçqınların yarandığını bildirib. Daha bir həyasızlıq isə Ovakimyanın Azərbaycanı aprel döyüşlərini başlamaqda ittiham etməsi olub.
Qeyd edək ki, Ermənistanın Azərbaycanın torpaqlarını işğalı və etnik təmizləmə siyasəti nəticəsində 1 milyon azərbaycanlı 30 ilə yaxındır ki, qaçqın və məcburi köçkün halında yaşayır. Ermənistan həmçinin monoetnik dövlət kimi də tanınır və ərazisindən demək olar ki, bütün etnik xalqları zorla çıxarıb və ya qətlə yetirib.
Sorğu
Yeni dizaynımız necədir?