Almaniyanın ən zəngin vilayətlərindən olan Bavariyada fəaliyyət göstərən “Bavariya Partiyası” Katalonlardan təsirlənərək Almaniyadan ayrılmaq üçün hərəkətə keçdi.
Bavariya Partiyası, Almaniyadan ayrılmaq üçün müstəqillik işlərinə başlayıb. İraq və İspaniyadan sonra Almaniya da yaxın günlərdə referendum mübahisələrinin mərkəzində olacaq.
BİZİM QANUNİ HAQQIMIZDIR!
“Bavariya” Partiyasının rəsmi Facebook hesabından edilən açıqlamada, “Bavariyanın azadlığı, Bavariyanın Almaniya Federativ Respublikasından ayrılması bizim qanuni haqqımızdır” İfadələrinə yer verilib. Separatçı” Bavariya” Partiyası, Bavariyanın malik olduğu sərvətin Almaniya ilə bölüşdürülməsinə qarşı çıxır. Bavariyanın indidən Katalonyadaki proseslərin təsiri altına düşdüyü bildirilir.
REFERENDUM TƏLƏBİNƏ RƏDD
“Junge Welt” qəzeti Claudia Wangerinin verdiyi xəbərə görə, separatçı “Bavariya” Partiyası yaxın gələcəkdə Avropa Ədalət Divanına müraciət edərək, Bavariya dilinin Almandan başqa bir dil olduğu barədə ekspert rəyi tələb edəcək. Ötən il Bavariyadan Konstitusiya Məhkəməsinə edilən bir ərizəyə cavab verən məhkəmə, Bavariyanın Almaniya Federativ Respublikasından ayrılması məsələsində referenduma gedilməsini rədd etmişdi.
MƏCLİSDƏ FAŞİZM BÖHRANI
Digər tərəfdən, Almaniyadakı parlament seçkilərindən sonra oktyabrın 24-də ilk iclasını keçirəcək Federal Alman Məclisində kimin hara oturacağı məsələsində də böhran baş verib. Azad Demokratlar, FAŞİZM tərəfdarı olan Almaniya üçün Alternativ (Afd) partiyasından seçilmiş millət vəkilinin yanında oturmağa etiraz edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?