Vladimir Vasilyev Dağıstanın “şahmat taxtası”nda ilk gedişini edib. Indiyədək klanların əsas spekulyasiya nexanizmlərindən biri olan milli kvotalar ləğv edilir.
Ekspertlər qeyd edir ki, V.Vasilyev hələlik hökuməti istefaya göndərməklə respublikanı başsız qoya bilmir. Birincisi, hökumət keçid dövründə işləməlidir, ikincisi, onu əvəz edəcək kimsə yoxdur.
Prezident Putinlə görüşündə Vasilyev bildirmişdi ki, yerli kadrlara üetimad göstərəcək. Lakin onları əvvəlcə tapmaq lazımdır. Respublikanın başçısı vəzifələrini icra edən V.Vasilyev “istedadları” onların milli mənsubiyyətini nəzərə almadan “üzə çıxaracaq”. Bu vacib bəyanatı o, dünən verib.
“Kadr məsələləri milli mənsubiyyətə görə həll edilməyəcək. İşləyəcəyəm və istedadlı şəxsləri üzə çıxaracağam”, - jurnalistlərə bunu deyən Vasilyev ondan inciməməyi xahiş edib.
Dağıstanın yeni başçısı həmçinin qeyd edib ki, respublika hökuməti “icra edən” stratusunda işləyəcək və o, hazırda dövlət vəzifələrini tutanları icrada tutmaq niyyətindədir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?