GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İdlib əməliyyatının sirri - böyük müharibə yaxın saatlarda başlayır

İdlib əməliyyatının sirri - böyük müharibə yaxın saatlarda başlayır

Tarix: 9-10-2017, 11:00 Bölmə :Dünya Baxış: 456
İdlib əməliyyatının sirri - böyük müharibə yaxın saatlarda başlayır


Türkiyə şimaldan İdlibə hücuma hazırlaşır, müttəfiq qüvvələr İdlibə daxil olub, böyük müharibə yaxın saatlarda başlayacaq, İdlib Suriya münaqişəsinin taleyini müəyyən edəcək

Türkiyə Suriyanın İdlib vilayətinə hərbi müdaxiləyə start verib. Hələlik Türkiyə ordusu Suriya sərhədlərini keçməsə də, son bir aydır ordu Hatay vilayətinin İdliblə sərhəd məntəqələrinə ordu və texnika toplayır. Son olaraq ötən gecə Reyhanlı qəsəbəsinə 20 maşından ibarət tank konvoyu gətirilib. Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar, qoşun komandanları və Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının rəisi Hakan Fidanla sərhəd nöqtəsinə gedib, əməliyyat şəraiti ilə tanış olub. İdlibdən birbaşa xəbər yayan xəbər mərkəzləri isə Türkiyə ordusunun Reyhanlı istiqamətində sərhəddəki beton dirəkləri götürdüyünü yazıb.

Qeyd edək ki, Suriyada Fua və Kafarya qəsəbələri istisna olmaqla, tamamilə üsyançıların nəzarətində olan İdlib vilayətinin terror qruplarından təmizlənməsi ilə bağlı razılıq bu ilin mayında Ərdoğan və Putin arasında danışıqlar zamanı əldə olunub. İyulda isə Astana prosesində Rusiya, Türkiyə və İran rəsmiləri İdlibin nəzarətə alınması planını razılaşdırıblar. Plana əsasən Türkiyə şimaldan (Hatay vilayətindən – K.R.), Rusiya ordusu isə mərkəzdən, Suriya ordusu və İran qüvvələri cənubdan İdlibə əməliyyat həyata keçirəcək. Artıq bir aydan çoxdur ki, Türkiyə ordusu Hatay vilayətinə döyüş texnikası toplamaqdadır.

AKP düşərgəsində çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan isə İdlib əməliyyatının başladığını, ancaq hələlik Türkiyə ordusunun birbaşa döyüş əməliyyatlarına qoşulmadığını, Türkiyənin müttəfiqi "Azad Suriya Ordusu”nun əməliyyatı həyata keçirdiyini bildirib. Ərdoğan deyib ki, əməliyyata ruslar havadan, Türkiyə ordusu isə sərhəddən dəstək verir. Türkiyə prezidenti bildirib ki, Rusiya ilə əldə olunmuş razılaşmaya əsasən İdlib daxildən Türkiyə, xaricdən isə Rusiya qüvvələri tərəfindən mühafizə olunacaq. Əsas məqsəd isə İdlibdəki dinc əhalinin qorunmasıdır.

“Sözcü” qəzetinin yazdığına görə, ötən gün Türkiyənin dəstəklədiyi ASO-nun “Həmza birliyi” “Fırat Kalkanı” əməliyyatı zamanı təmizlənmiş bölgədən çıxaraq Türkiyə ərazisi ilə Hataya gəlib və buradan İdlibə daxil olub. Qeyd edək ki, İdlib vilayətinin eyni adlı mərkəzi Türkiyə sərhədlərinə 45 km məsafədə yerləşir. Rusiya və Türkiyə arasında anlaşmaya əsasən bu ərazidə “atəşkəs” bölgəsi qurulacaq və Türkiyə qüvvələri, müttəfiq silahlı birliklərlə orada asayişi təmin edəcəklər.

İlkin məlumatlara əsasən Türkiyə ordusunun 1-ci Kayseri və 2-ci Bolu xüsusi təyinatlı briqadaları İdlib əməliyyatına cəlb olunmaq üçün Hatay sərhəd ərazisinə gətirilib. Baş Qərargah rəisi Akar və MİT rəhbəri, quru qoşunları, hərbi hava qüvvələri komandanları ilə birlikdə Hatay sərhəd xəttinə gəlib, hərbi birliklərin əməliyyat hazırlığını, eləcə də əməliyyat bölgəsini müşahidə ediblər.

Qeyd edək ki, İdlib əməliyyatının taleyi ümumilikdə Suriya münaqişəsinin taleyində həlledici rol oynayacaq. Məsələ ondadır ki, hazırda İdlib tamamilə silahlı müxalif qrupların nəzarətində olan yeganə vilayətdir. İdlibdə qonşu vilayətlərdən də qaçıb gələnlərlə birlikdə ümumilikdə 2 milyon əhalinin yaşadığı ehtimal olunur. Bundan başqa İdlib Türkiyə üzərindən Əsədə qarşı savaşan qüvvələrin yeganə quru sərhədidir. Digər ərazilər demək olar ki, bütövlükdə kürd – YPG-SDQ qüvvələrinin nəzarətindədir. Türkiyə ordusunun “Fırat Kalkanı” əməliyyatı ilə azad etdiyi ərazilərin də Suriyanın daxili bölgələri ilə əlaqəsi yoxdur, çünki qarşıda Suriya ordusu və kürd qüvvələrinin nəzarətində olan bölgələr var. İdlibdə bir neçə hökumət əleyhdarı silahlı qruplar var. Onlar əsasən islamçı xətdə olan qüvvələrdir. Bunların arasında “Şamın Fəth Cəbhəsi" (keçmiş adı ən-Nusra), Tahrir əş-Şam, Əhrar əş-Şam və digər islamçı qruplar (bunların bir qismi “Heyət Tahrir Şam” adı altında birləşib – K.R.) var. Bunların bir qisminin Türkiyədə ciddi dəstəkləri var. Hətta Əhrar Şamın lideri bu gün sosial şəbəkə vasitəsilə Türkiyəyə inqilaba dəstəyə görə təşəkkür edib. Bundan başqa Hizb ət-Təhrir təşkilatının təşəbbüsü ilə cümə günü Türkiyənin bir neçə şəhərində İdlib əməliyyatı əleyhinə aksiyalar keçirilib.

Bu isə onu göstərir ki, İdlibdəki qrupların Türkiyədəki ayağı ciddi müqavimət göstərəcək. Türkiyə polisinin son günlər iri şəhərlərdə, o cümlədən İstanbulda keçirdiyi antiterror həbsləri onu göstərir ki, hökumət İdlib əməliyyatı zamanı ölkə daxilində radikal terrorçuların hücumlarından narahatdır.

Eyn zamanda əməliyyat bölgəsindən xəbər verən bəzi internet mənbələri islamçı qrupların Türkiyə ordusu ilə qarşılaşmamaq üçün cənuba çəkildiyini və burada Suriya ordusuna qarşı müqavimətə hazırlaşdığı haqda xəbər yayıb. Çünki İdlibin şimalı Türkiyənin faktiki artilleriya atəşi altındadır və burada silahlıların Türkiyə ordusuna ciddi müqavimət göstərməsi mümkün olmayacaq. Buna görə də bəzi qrupların ASO bayrağı altına keçdiyi, daha radikal qrupların isə cənuba çəkilib Suriya hökumət qüvvələrinə qarşı mühairbəyə hazırlaşdığı bildirilir.

Ancaq istənilən halda İdlib əməliyyatı Türkiyə ordusu üçün ikinci sərhədaşığı əməliyyat olaraq əhəmiyyət kəsb edir. İdlibə ən çox diqqət edən Rusiyadır. Ruslar İdlibi parçalamaq, vilayətin şimalında Türklərin, mərkəz və cənubunda isə hökumət qüvvələrinin nəzarətini yaratmaq istəyirlər. Çünki İdlib Tartus və Laziqiyyə kimi rusların əsas yerləşdiyi bölgələrə yaxındır.

Rusiya İdlibdə yerləşən keçmiş ən-Nusra “Şamın Fəth Cəbhəsi” qruplaşmasnı və onun müttəfiq qrupları ləğv etməyə çalışır. Bu qruplaşmalarda İŞİD-dən sonra ən çox Rusiya vətəndaşı məhz bu qruplaşmanın tərkibindədir. Üstəlik, qruplaşma digər müxalif qruplarla yaxındır, yaxın müttəfiqlik münasibətləri var və ən əsası beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və siyasi hakimiyyətə iddia edir.
Türkiyə isə İdlibi nəzarət altına almaqla müttəfiq müxalif qrupları qorumaq və mövqelərini gücləndirməklə yanaşı, İdlib və “Fırat Kalkanı” əməliyyatı nəticəsində ələ keçirilmiş ərazinin ortasında qalan Afrin bölgəsini kürdlərdən alaraq Suriya-Türkiyə sərhədlərinin böyük qismini kürdlərin əlindən almağa nail olmaq istəyir.

İstənilən halda İdlib əməliyyatının başlaması Suriya münaqişəsinin növbəti ən gərgin mərhələlərindən biri olacaq. Bu əməliyyatın nəticəsi həm də Suriyada münaqişənin həllinin hansı formatda və hansı qüvvələrin iştirakı ilə həll olunacağını göstərəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İdlib əməliyyatının sirri - böyük müharibə yaxın saatlarda başlayır

    İdlib əməliyyatının sirri - böyük müharibə yaxın ...

    8-10-2017, 11:00

  • 
  • ABŞ döyüş təyyarələri Nüsrət Cəbhəsini bombaladı

    ABŞ döyüş təyyarələri Nüsrət Cəbhəsini bombaladı ...

    20-11-2014, 00:27

  • 
  • Türkiyə azərbaycanlılardan ibarət ordu qurur

    Türkiyə azərbaycanlılardan ibarət ordu qurur ...

    28-07-2015, 17:15

  • 
  • Şiddətli döyüşlər gedir - BÖYÜK HÜCUMUN ANONSU

    Şiddətli döyüşlər gedir - BÖYÜK HÜCUMUN ANONSU ...

    28-04-2017, 12:56

  • 
  • 7 minlik türk ordusu 4 istiqamətdə hücuma başlayır

    7 minlik türk ordusu 4 istiqamətdə hücuma başlayır ...

    5-07-2017, 12:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu