GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » UNESCO nədir və ABŞ niyə onu tez-tez tərk edir?

UNESCO nədir və ABŞ niyə onu tez-tez tərk edir?

Tarix: 13-10-2017, 16:30 Bölmə :Dünya Baxış: 389
UNESCO nədir və ABŞ niyə onu tez-tez tərk edir?


Ötən cümə axşamı günü ABŞ, habelə İsrail UNESCO təşkilatını tərk etdiklərini bildiriblər.

Bu hələ rəsmən baş verməsə də, gəlin, bu təşkilatın, ümumiyyətlə nə olduğunu, onun tarixini, məqsədlərini, habelə səbəb olduğu münaqişəli vəziyyətləri yada salaq.

UNESCO nədir?

Əvvəla UNESCO ingiliscə uzun bir adın qısaldılmış formasıdır: United Nations Educational, Scientific and Cultural Organization - BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı.
UNESCO-nun rəsmi işgüzar dilləri bunlardır: ingilis, ərəb, ispan, rus və fransız dilləri. Təşkilatın baş qərargahı Parisdə mənzillənir.
Hazırda bu təşkilata 195 ölkə daxildir. ABŞ öz statusunu dəyişərək müşahidəçi üzvə çevrildikdən və İsrail bu təşkilatı tərk etdikdən sonra həqiqi üzvlərin sayı 193 olacaq. Təşkilatın 10 müşahidəçi üzvü də var. Bunlar əsasən öz xarici siyasəti olmayan, məsələn Britaniyanın Virgin adaları və Makao kimi ərazilərdir.
UNESCO-nun müşahidəçi üzvləri arasında Vatikan və Malta ordeni də var.
İsrail hələlik UNESCO-da hansı qismdə təmsil olunacağını bildirməyib.

Təşkilat nə vaxt yaradılıb?

Hələ İkinci Dünya Müharibəsi illərində BMT-nin əsasını qoymuş ölkələr dinc dövrdə təhsil sisteminin bərpası barədə düşünürdü. Buna görə də müharibə qurtarandan sonra qərara gəlindi ki, təhsil və mədəniyyət məsələləri ilə məşğul olacaq qlobal təşkilat yaradılsın.
UNESCO-nun Nizamnaməsi 4 noyabr 1946-cı ildə 20 dövlət tərəfindən imzalanaraq qüvvəyə mindi.
SSRİ bu təşkilata yalnız 1954-cü ildə qoşulmuşdu. Buna qədər sovetlərin bu təşkilatın işinə qoşulmamasına səbəb bu olmuşdu ki, 1946-cı ildə UNESCO-nun təsis qurultayında təşkilatın yaradılmasının təxirə salınmasına dair Moskvanın təklifi rədd edilmişdi.
Amma Qərb tarixçiləri bu qənaətdədirlər ki, İosif Stalin ölkənin ziyalı elitası ilə geniş əlaqələrə yol açacaq belə bir təşkilatın yaradılmasını lap əvvəldən istəmirdi.
Onun ölümündən sonra SSRİ Ukrayna SSR və Belarusiya SSR-lə birlikdə UNESCO-ya daxil oldu. Ukrayna və Belarusiya yaradıldığı gündən BMT-nin üzvləri idilər.

UNESCO nə ilə məşğuldur?

Təşkilat əsasən 5 proqramın icrası ilə məşğuldur. Bunlar təhsil, təbiət elmləri, sosial və humanitar elmlər, mədəniyyət, kommunikasiya və informasiyadır.
Bundan başqa UNESCO bir sıra uzunmüddətli layihələri həyata keçirir.
Məsələn, insan və ətraf mühit, dünya irsi abidələrinin qorunması (məsələn, ABŞ-da Yellowstone Milli Parkı və Azadlıq heykəli, Britaniyada Stonehenge, Moskvada Kreml və Rusiyanın Baykal gölü) və qeyri-maddi mədəniyyətin - milli rəqs, musiqi və ayinlərin, festival və peşələrin mühafizəsi, habelə sənədli irsin (arxivlərin) qorunub saxlanması və bu sənədlərə çıxışın təmin edilməsi.
Təşkilatın büdcəsi necə yaradılır?
Təşkilatın büdcəsi hər iki ildən bir onun böyük qurultayında təsdiq edilir.
2016-2017-ci illər üçün UNESCO-nun büdcəsi 667 milyon dollar olaraq təsdiq edilib. Büdcə təşkilata daxil ölkələrin üzvlük ödənişlərindən formalaşır.
ABŞ UNESCO-ya ildə 80 milyon dollarlıq üzvlük haqqı ödənişlərini 2011-ci ildə Fələstin muxtariyyətinin təşkilata üzv qəbul edilməsinə etiraz olaraq dayandırıb.
UNESCO-nun bu addımını ABŞ-la yanaşı İsrail də pisləmişdi.
ABŞ UNESCO-ya üzvlük haqqının ödənişlərini dayandıranadək onun büdcədəki payı 22 faiz təşkil edirdi.
Foreign Policy jurnalının məlumatına görə, ABŞ-ın təşkilatdan çıxmaq qərarı, həm də onun üzvlük haqqı borclarının yığılaraq 500 milyon dollara çatmasıdır.

UNESCO ilə daha kimlərin münaqişəsi olub?

Bütün BMT üzvləri avtomatik olaraq UNESCO üzvü olmaq haqqına malikdir. Buna görə də UNESCO-nun tarixi ərzində bir sıra üzvlər onun tərkibindən çıxmış və sonradan qayıtmışlar.
ABŞ UNESCO-dan artıq bir dəfə 1984-cü ildə Ronald Reagan-ın qərarı ilə çıxmışdı. ABŞ təşkilatı korrupsiyada və SSRİ-ə ideoloji loyallıqda ittiham edirdi.
Lakin 2003-cü ildə, artıq oğul Bush-un administrasiyası zamanında ABŞ UNESCO-ya təkrar tam üzvlüyünü bərpa etmişdi.
Böyük Britaniya bu təşkilatdan 1985-ci ildə çıxsa da, 1997-ci ildə hökumət dəyişikliyinin ardınca üzvlüyə qayıdıb.
2016-cı ildə UNESCO Yerusəlimin müqəddəs ocaqları barədə qətnamə qəbul etdikdən sonra İsrail təşkilatla əməkdaşlığını dayandırıb. Bu qətnamədə müsəlmanların müqəddəs ocaqlara buraxılmaması pislənirdi.
Bu qətnaməyə cavab olaraq İsrailin təhsil naziri Naftali BennettUNESCO-nun baş katibi İrina Bokovaya yazdığı məktubda təşkilatı yəhudilərin Yerusəlimlə minilllik bağlılığını inkar etməkdə və "İslam terrorçuluğuna" dəstək verməkdə ittiham etmişdi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın mənəvi haqqı tanındı

    Azərbaycanın mənəvi haqqı tanındı ...

    20-12-2012, 13:23

  • 
  • UNESCO Ermənistanın “Köçəri" iddiasını rədd etdi

    UNESCO Ermənistanın “Köçəri" iddiasını rədd ...

    2-12-2015, 15:35

  • 
  • UNESCO: Azərbaycan əhalisinin 70 faizi tam orta və ali təhsillidir

    UNESCO: Azərbaycan əhalisinin 70 faizi tam orta ...

    23-05-2013, 01:20

  • 
  • Xameneyi Ruhaninin təhsil planını tənqid edib

    Xameneyi Ruhaninin təhsil planını tənqid edib ...

    7-05-2017, 21:27

  • 
  • Rusiya OPEK-dən imtina etdi

    Rusiya OPEK-dən imtina etdi ...

    7-09-2015, 13:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu