İraqın Kərkük şəhərində peşmərgə qüvvələri ilə Haşdi-Şabi qruplaşması arasında gərginlik davam edir. Terəflər qarşılıqlı olaraq xəndəklər qazmağa başlayıblar.
Peşmerge qüvvələri xüsusilə, şəhər mərkəzindəki hava limanını, K1 hərbi bazasını və İraq Kürd Muxtariyyətinin nəzarətində olan neft quyusu ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib. Peşmərgə qüvvələrinin komandirlərindən biri, polkovnik Ömər Səlim bəzi bölgələrdə Haşdi-Şabi ilə aradakı məsafənin 10 metrə qədər olduğunu bildirib.
Haşdi-Şabi isə mümkün əməliyyata qarşı güclü müdafiə qurub. İŞİD dövründə qazılan xəndəklər 7 metr genişləndirilib və 3 metr dərinləşdirilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?