İraq təhlükəsizlik qüvvələrinə və Haşdi Şabi qruplaşmasına uzanan əlləri kəsəcəyik. Bu açıqlama ilə İraq Baş naziri Heydər Abadi çıxış edib. “İraq xalqı bu günlərdə yeni qələbələr sevinci yaşayır. Lakin bəziləri bu sevinci oğurlamağa cəhd edir. Kimlər ki, Haşdi Şabini aradan qaldırmaq istəyirsə onları məhv edəcəyik. Çünki onlar İraqı və şiə xalqını qorumaq üçün dindar şəxslərin fətvası ilə könüllü oldular”, - baş nazir bildirib. Qeyd edək ki, şiələrdən ibarət olan Haşdi Şabi İŞİD-ə qarşı döyüşlərdə xüsusi fəallıq göstərən qruplaşmalardan biridir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?