Kiyevdə Ali Radanın binasının yaxınlığında Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarlarının mitinqi başlayıb.
Etiraz aksiyasında 400-dək insan iştirak edir. Mitinq dualar və Ukraynanın dövlət himninin səslənməsi ilə başlayıb. Aksiyaya toplaşanlar anti-terror əməliyyatında, həmçinin Maydan hərəkatında ölən "Səma yüzlüyü" üzvlərinin xatirəsini bir dəqiqəlik sükutla anıb. Etirazçılar qarşısında ictimai fəallar, siyasətçilər, deputatlar çıxış edir. Mixeil Saakaşvili, David Sakvarelidze, İvan Slobodyanık, deputatlar - Sergey Leşeko, Yuriy Derevyanko, Qluxova şəhərinin meri Mişel Tereşenko və digərləri aksiyada çıxış edir. S.Leşenkonun sözlərinə görə, ölkə korrupsiyaya qərq olub. Aksiya iştirakçıları problemli məsələləri və islahatların qeyri-populyar olmasını müzakirə edirlər. Mitinqdə həmçinin səhnələşdirilmiş "Poroşenko"nun – prezidentin rolunu oynayan aktyor da var. O, ukraynalının belində oturaraq əlində qızıl çörək tutub.
***13:53
Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları Ukrayna Ali Radası qarşısında mitinq keçirəcək. Mitinq Bakı vaxtı ilə saat 14:00 başlayacaq. Hazırda parlament binasının qarşısında 100-ə yaxın adam toplaşıb. Onlar Ali Radanın qarşısındakı ərazidə çadır düşərgəsi quran aksiyaçılara qoşulub. Bildirilir ki, mitinq iştirakçılarının sayı artır. M.Saakaşvilinin sədri olduğu “Ruxa novix sil” partiyasının nümayəndəsi İvan Slobodyanıkın sözlərinə görə, mitinq diplomatik korpus nümayəndələrinin marağına səbəb olub. Aksiyada Belçika səfiri da iştirak edəcək. Aksiyada ölkədəki vəziyyət, hərəkət planı və hakimiyyətlə dialoq müzakirə olunacaq. Ərazi hüquq-mühafizə orqanları tərəfindən əhatəyə alınıb. Burada səyyar mətbəx fəaliyyət göstərir. Xatırladaq ki, Hikmət Cavadovun başçılıq etdiyi “Ukraynadakı azərbaycanlıların birləşmiş diaspor”u M. Saakaşviliyə öz dəstəyini bildirib. M. Saakaşvili mitinqə gəlib və çadır düşərgəsindəki etirazçılarla görüşüb. Mitinqdə 300-dək insanın iştirakı gözlənilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?