GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ukrayanda yeni Maydan hərəkatı

Ukrayanda yeni Maydan hərəkatı

Tarix: 25-10-2017, 19:47 Bölmə :Dünya Baxış: 483
Ukrayanda yeni Maydan hərəkatı


Rusiya "Saakaşvili kartı"ndan yararlana bilər

Ukrayna prezidenti Pyotr Poroşenkonun öz fərmanı ilə Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etməsi bu gün artıq birincinin əleyhinə işləməyə başlayıb. Belə ki, son vaxtlar Ukayna paytaxtında etiraz aksiyaları keçirilir. Hətta Poroşenkonun istefası məsələsi də gündəmə gətirilib.
Qeyd edək ki, Saakaşvilinin Ukrayna vətəndaşlığından azad edilməsi ilə bağlı sensasiyalı qərarın formal səbəbi kimi Saakaşvilinin vətəndaşlığını rəsmiləşdirilməsi zamanı verdiyi guya səhv məlumatlar göstərilirdi.

Bəs əslində Ukrayna hakimiyyəti niyə bu dərəcədə radikal addım atdı?

Mixail Saakaşvili Ukrayna vətəndaşı olaraq 2 ildən bir az artıq vaxt qala bildi. Gürcüstanın sabiq prezidentinə vətəndaşlığın verilməsi haqqında fərman 2015-ci il mayın 29-da Poroşenko tərəfindən imzalandı. Elə ertəsi gün isə legioner Odessa vilayət administrasiyasının rəhbəri təyin olundu. Qeyd etmək lazımdır ki, müvafiq qərarı Ukrayna lideri qəfil qəbul etməmişdi: Saakaşvili 2015-ci ilin fevralından Poroşenkonun ştatdankənar müşaviri idi və yerli siyasi situasiyanın öyrənilməsi ilə ciddi məşğul olurdu.
Qubernator təyin olunandan sonra az qala onu Ukraynanın baş naziri vəzifəsinə də layiq görürdülər. Saakaşvili özü isə bu barədə bir qədər səmimi görsənmirdi.
"Ukraynanın baş naziri? Səfehlikdir, mənim Ukraynada siyasi ambisiyalarım yoxdur. Odessada missiyamı başa vurandan sonra böyük məmnuniyyətlə doğma Gürcüstana geri qayıdacağam və orada öz fəaliyyətimi davam etdirəcəyəm", - deyə Saakaşvili çıxışlarında bildirirdi.

Reallıqda bu missiya necə cərəyan etdi, hamıya məlumdur. O, Ukraynada partiya yaradaraq, birbaşa prezidentin üstünə getməyə çalışırdı. Saakaşvilinin hətta Ukrayna ölçülərinə görə ekstravaqant hərəkətlərinə rəsmi Kiyev uzun müddət dözə bilmədi: Poroşenkonun ünvanına ötən ilin noyabrından başlanan fərdi hücumlar prezidentə sərt tədbir görməkdən başqa əlac buraxmadı.
Saakaşvili növbəti seçkiləri hədəf seçməklə, öz siyasi partiyasını qurmağa çalışırdı. Hələ ilin əvvəlində o, nikbin görünürdü: Ədliyyə Nazirliyi onun “Yeni qüvvələr hərəkatı” adlı partiyasını rəsmən qeydiyyata alıb və ictimaiyyətə pafosla "gənc və perspektivli" komandanın özəyini təqdim edib. "Bu, sanki, ölkənin prinsipial yeni siyasi sinfinin formalaşmasına doğru atılan bir addımdır", - deyə, istefada olan qubernator nazirliyin qərarını təqdir edirdi. Rəsmi Kiyev təhlükəni gec də olsa görəcəkdi...
Amma yay aylarına yaxın legioner siyasətçinin işlərində nəsə düzgün getmədi. Əvvəlcə Saakaşvili "sən alçaq və əclafın birisən!" üslubu ilə ədliyyə naziri ilə növbəti qalmaqala girdi. Qəzəbə səbəb o oldu ki, qurum siyasi qüvvəni "Mixail Saakaşvilinin Bloku" adı ilə qeydə almışdı. Sonra iyunda Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində gürcü legionerinin özünüreklam çıxışları onun üzərinə yumurtaların atılması ilə nəticələndi. Bu hadisə Saakaşvilinin yüksək ambisiyalarını söndürmədi və o, növbəti turunu “müqəddəs yer” - Vinnisk vilayətinə etdi. Bu region Poroşenko və onun komandasının toxunulmaz mülkü sayılır. Nəticə təbii ki, gözlənilən idi: az adamla qarşılanan görüş və yumurta atəşi. Bundan sonra qaçaq eks-prezident öz qəlbinin bütün genişliyini nümayiş etdirdi: futbolkasının kirlənməsinə görə, Poroşenkoya 50 avroluq hesab göndərdi...
Görünür, avantürist legionerin Vinnisk səfəri Ukrayna liderinin səbir kasasına yığılan son damla oldu. Poroşenko nəhayət, anladı ki, Saakaşvili üçün tabu və sərhəd anlayışları yoxdur. Üstəlik, anladı ki, Saakaşvili tarana (va-bank) getməyi seçib. "Biz ümumi səfərbərlik elan edirik və birgə fəaliyyət qərargahlarımızın yaradılmasına başlayırıq. Qanuna görə, bu parlament ölkəni daha 2 il idarə etməlidir. Amma buna vaxt yoxdur! Ukrayna xalqı ilə oyunlar başa çatmalıdır!”, - deyə Saakaşvili bildirdi. O, açıq şəkildə dedi ki, məqsədi bu “oğru oliqarxiya hakimiyyəti”ni tamam məhv etməkdir.
Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi məlumatını bayağı hesab etmək olmaz. Məlumatın ilkin mənbəyi olaraq, nədənsə baş fiqurant kimi daha bir qalmaqallı personaj, Radikal partiyasından olan millət vəkili İqor Mosiyçuk oldu. "Poroşenko nəhayət, öz səhvlərini etiraf etməyə başlayıb. O, qanunsuz yolla ona vətəndaşlıq vermişdi və indi öz səhvlərini düzəldir, əlvida Mişka, əlvida", - deyə Mosiyçuk ilk olaraq məlumatı ictimaiyyətə bildirmişdi.
Bu informasiya əməlli-başlı coşandan sonra, Ukrayna Dövlət Miqrasiya Xidməti xəbəri rəsmi olaraq təsdiq etdi. İdarədən problemin konkret olaraq nədən ibarət olduğuna aydınlıq gətiridlər: Ukrayna vətəndaşlığı almaq üçün təqdim edilən sənədlərdə Saakaşvili vurğulamamışdı ki, o, istintaq altındadır. Halbuki, Gürcüstan ərazisində o, əslində qiyabi həbs edilib. Yeri gəlmişkən, rəsmi media bundan sonra da sənədlə bağlı dolğun məlumat yaymaqda ehtiyatlı davrandı və müvafiq fərmanı gözlədi. Lakin aydındır ki, belə bir sənədi prezident administrasiyası ümumiyyətlə, açıqlamaq niyyətində deyil. Çünki məlumat məxfi saxlanılır, xüsusilə fərdi məlumatların qorunması haqqında qanunvericiliyə müvafiq olaraq dərc olunmayacaq.
Qeyd etmək lazımdır ki, qanuna görə bu cür qərarları Ukrayna dövlət başçısı təkbaşına qəbul etmir. Əvvəlcə miqrasiya xidməti öz fikirlərini söyləyir, bunun əsasında vətəndaşlıq məsələləri üzrə Ukrayna prezidenti yanında xüsusi komissiya yaradılır. Prezident yalnız yekun qərar verir. Beləliklə, iş el qurulub ki, Poroşenko öz yaxasını məsuliyyətdən qaçıra bilər.
Poroşenko niyə bu addımı atdı və onun gürcü rəqibinin taleyi bundan sonra necə olacaq? Məlumdur ki, iki ölkənin, ABŞ və Hollandiyanın (arvadı - Sandra Rulofs Niderlandlıdır) eks-prezidentə sığınacaq verməsində problem olmayacaq. Təsadüfi deyil ki, bir çox ssenarilər məhz orada hazırlanır. Bəs ABŞ Ukraynada növbəti uğursuzluğunu yeni məsihi Saakaşvili ilə qələbəyə apara biləcəkmi? Proqnozlaşdırılır ki, ABŞ Ukraynadakı növbəti seçkilərdə güclü fiqur kimi İqor Kolomoyskini seçəcək...

Bir müddət əvvəl Ukraynaya dönən

Saakaşvili hazırda Poroşenkonun öhdəsindən gəlmək üçün Ukrayna vətəndaşlığını qaytarmaq istəyir.
"Prezident Poroşenko Konstitusiyaya tüpürüb... Bu, Ukrayna cəmiyyətinə birbaşa və birmənalı siqnaldır- daha demokratiyada heç bir oyun olmayacaq.
Elə ki onlar başa düşdülər ki, biz (müxalifət) payızda küçələrə çıxmaq və cinayətkarlar arasında sövdələşməyə son qoymaq üçün birləşirik, qorxu sağlam düşüncəyə qalib gəldi"deyən Saakaşvili Ukraynaya qayıtmağı bacardığı kimi vətəndaşlığa bərpa olunacağını da bacaracağını düşünür.
Beləliklə, Ukrayna hakimiyyəti ilə Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili arasında yaranmış ziddiyyət açıq müstəviyə keçib.
Saakaşvili ilə Pyotr Poroşenko arasında fikir ayrılığının yaranmasının əsas səbəbi dövlət başçısının oliqarxları müdafiə etməsi və islahatlara mane olması kimi açıqlansa da, əsas səbəb şübhəsiz ki, Saakaşvilinin siyasi ambisiyalarıdır. Hələ qubernator olarkən, baş nazir postuna iddia edən Saakaşvili hazırda prezidentlik uğrunda mübarizə aparır.
Qeyd edək ki, Saakaşvilinin istefasından sonra reytinqinin artması bir qədər də xala verdiyi vədləri yerinə yetirə bilməyən Poroşenkonun nüfuzunun günü-gündən aşağı düşməsi ilə bağlıdır. Nəticə etibarı ilə keçmişi oliqarx olan Poroşenko indi bütün milyarderlərin yanında yer alır. Xalq da ciddi problemlər içərisində üzülür. Əsas səbəb isə odur ki, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə aparılmır, üstəlik Qərbə vəd edilmiş islahatlar həyata keçirilmir. Ona görə də Qərb Ukraynaya ayırdığı 17 milyard dollarlıq vəsaiti ödəmək istəmir. Prezident Poroşenko öz vəzifəsinin öhdəsindən gələ bilmir və Saakaşvili kimi bir adamı itirməklə Ukraynanın Qərblə münasibətlərinə böyük bir zərbə vurub.

Lakin bəzi siyasi müşahidəçilər Saakaşvilinin Ukraynada hakimiyyətə iddialı olması barədə deyilənləri inandırıcı saymır. Onlar hesab edirlər ki, Saakaşvili Ukraynada uzaqbaşı ikinci şəxs olar, hökumət başçısı ola bilər, amma dövlət başçısı ola bilməz.
Doğrudan da Mixail Saakaşvilinin Ukrayndada hakimiyyətə gəlməsi ehtimalı böyük deyil. Hər halda bunu yüksək ehtimal hesab etmək olmaz. Digər tərəfdən, Ukrayna Konstitusiyasına görə, Saakaşvilinin bu dövlətin prezidenti və ya deputatı olmaq hüququ yoxdur. Saakaşvili Ukraynada ancaq təyinatlı vəzifə tuta bilər. Necə ki, zamanında Odessanın qubernatoru vəzifəsini tuturdu, yenə də belə bir təyinatla hansısa vəzifəyə təyin oluna bilər. Əgər müxalifət Poroşenkonu hakimiyyətdən uzaqlaşdıra bilsə, Saakaşvilini ən yaxşı halda baş nazir təyin edə bilərlər.
Ancaq prinsipcə, Ukraynada hakimiyyət dəyişikliyi mümkündür. Çünki ikinci Maydan hadisəsindən sonra hakimiyyətə gələn Poroşenko sübut etdi ki, Yanukoviçdən heç nə ilə fərqlənmir. Sadəcə qərbpərəst və avropapərəst boşboğazlığı var. Ancaq əslində ciddi iş görməyib, xalqı qəzəbləndirən korrupsiyaya qarşı mübarizə aparmayıb. Çünki baş korrupsioner onun özüdür. Bu müddətdə Ukrayna xalqı kasıblaşıb, Poroşenko isə varlanıb. Odur ki, Ukraynada Prezident Poroşenkonun reytinqi 10 faizdən yüksək həddə deyil. Ola bilsin ki, müxalifət onu hakimiyyətdən kənarlaşdırsın.
Bununla belə postsovet məkanında xalqların qəribə xüsusiyyəti var: Xalq əksər hallarda sadə və vicdanlı insanlara deyil, varlı, yüksək vəzifə tutan şəxslərə üstünlük verir. Ona görə də Ukraynada əsas müxalifət liderləri oğru Timoşenko, Sadovoy və digər şəxslərdir.
Hazırda keçirilən aksiyalar göstərir ki, Saakaşvilinin tərəfdarlarının sayı ona hakimiyyəti aksiyalar vasitəsilə dəyişməyə imkan verəcək həddə deyil. Onu da nəzərə almaq lazımdır ki, aksiyalarda digər siyasi partiyaların nümayəndələri və narazı hərbçilər də iştirak edir. Poroşenkonun müxalifətdəki bəzi rəqibləri isə Rusiyadan dəstək alırlar. Məsələnin qəliz tərəfi də bundan ibarətdir. Başqa sözlə, Rusiyanın Saakaşvilidən bəhrələnib Ukraynada Poroşenkonu öz kadrı ilə dəyişə biləcəyi ehtimalları gündəmə gəlib.

Samir
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Saakaşvili siyasi SIĞINACAQ İSTƏDİ

    Saakaşvili siyasi SIĞINACAQ İSTƏDİ ...

    3-10-2017, 17:38

  • 
  • Saakaşvilinin tərəfdarları onu Kiyevdə qarşılamağa hazırlaşır

    Saakaşvilinin tərəfdarları onu Kiyevdə ...

    25-08-2017, 12:10

  • 
  • Mixeil Saakaşviliyə qarşı cinayət işi açılıb

    Mixeil Saakaşviliyə qarşı cinayət işi açılıb ...

    11-09-2017, 15:27

  • 
  • “Ukrayna Mixail Saakaşvilini həbs etmək fikrində deyil”

    “Ukrayna Mixail Saakaşvilini həbs etmək fikrində ...

    17-09-2017, 20:15

  • 
  • Ukraynada məhkəmə Saakaşvilini 130 dollar cərimə edib

    Ukraynada məhkəmə Saakaşvilini 130 dollar cərimə ...

    23-09-2017, 15:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu