IKBY rəhbəri Məsud Bərzaninin hökumət başçılığından azad edilərək, yalnız partiya sədri olaraq qalması müzakirə olunub.
Kürdüstan Demokratik Partiyasının (KDP) rəhbər kadrlarının Ərbildə mətbuata qapalı olaraq keçirdiyi iclasda, IKBY rəhbəri Məsud Bərzaninin hökumət rəhbərliyindən azad edilərək, yalnız partiya sədri olaraq qalması müzakirə olunub. IKBY rəhbəri Məsud Bərzaninin hökumət rəhbərliyindən azad olunması müzakirə olunan iclasda, İraq mərkəzi hökumətinin referendum nəticələrini ləğv etmək istəyinin isə rədd edilməsi qərarının alındığı bildirilib. KDP rəsmiləri, Bərzaninin gələcəyi ilə bağlı qərarın alınması və vaxt qazanılması üçün parlament iclasının təxirə salınması da istəyib. KDP-nin rəhbər üzvlərindən biri, Bərzaninin hökumət rəhbərliyindən işdən azad olunması və yalnız partiya sədri olaraq qalması ilə parallel, yeni başqan namizədinin təsdiqi, prezidentin səlahiyyətlərinin prezident, parlament və məhkəmə arasında bölüşdürülməsi məsələsində də müzakirələr apardıqlarını söyləyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?